Görkəmli ədibin anadan olmasının 135 illiyi qeyd edilib
Azərbaycanın ədəbi-ictimai fikir tarixində maarif və mədəniyyət
xadimi, şair, nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi
kimi tanınan Abdulla Şaiq həm də, Azərbaycan milli uşaq ədəbiyyatının incilərini
yaratmışdır. Ömrünün 60 ilini xalqın xidmətinə yönəldən
Şaiq türk dilində ilk milli məktəbin yaranmasında
da müstəsna rolu olan ziyalılarımızdandır.
Fevralın 24-də
Abdulla Şaiqin anadan olmasının 135-ci ildönümü
ilə əlaqədar
ədibin Fəxri xiyabandakı qəbirüstü
abidəsi önündə
anım mərasimi keçirilib.
Mərasimdə C.Cabbarlı, S.Vurğun,
L.və M.Rostropoviçlərin
ev-muzeylərinin, A.Şaiq
adına kitabxananın
əməkdaşları, ədəbiyyatşünas-alimlər,
Azərbaycan Dövlət
Pedaqoji Kollecinin, Həbib bəy Mahmudbəyov adına 2 saylı texniki-humanitar liseyin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri Abdulla Şaiqin mənzil-muzeyinin
direktoru Ülkər Talıbzadə açıb. Muzeyin böyük
elmi işçisi, Şaiq irsinin tədqiqatçısı Arzu
Hacıyeva ədibin yaradıcılığı barədə
danışıb. Ədəbiyyatşünas
alimlər - professor Alxan
Bayramoğlu, filologiya
üzrə fəlsəfə
doktorları Razim Məmmədov və Nəzakət Qafqazlı Şaiqin həyat və yaradıcılığı
ilə bağlı ürək sözlərini
bölüşüblər.
Məktəblilərin ifasında şairin şeirləri səslənib.
* * *
Fevralın 24-də Bakı şəhər Səbail rayon MKS-nin Mərkəzi kitabxanasında
Abdulla Şaiqin anadan olmasının 135 illiyinə
həsr olunmuş tədbir keçirilib.
Tədbir
iştirakçıları əvvəlcə kitabxana əməkdaşlarının ədibin
yaradıcılığı əsasında hazırladığı
“Balacaların böyük
məhəbbəti” adlı
kitab sərgisi ilə tanış
olublar.
Abdulla Şaiqin mənzil-muzeyinin
böyük elmi işçisi G.Əsədova
Vətənə canı,
ruhu ilə bağlı olan, xalq arasında böyük nüfuz qazanan Abdulla Şaiqin yaradıcılığı barədə
söz açıb, ədibin bir-birindən gözəl, yüksək
tərbiyəvi əhəmiyyətli
əsərlərinin gənc
nəslin maariflənməsində
bu gün də böyük əhəmiyyət kəsb
etdiyi bildirib.
Paytaxtın 189-190 nömrəli tam orta məktəblərinin
şagirdləri, həmçinin video-bağlantı ilə tədbirə
qoşulan Gəncə şəhər 25
saylı orta məktəbin şagirdləri
A.Şaiqin “Köç”,
“Məktub yetişmədi” hekayələrini təhlil edib və ədibin uşaqlar
üçün sadə dildə
yazdığı şeirləri səsləndiriblər.
Şaiq
yaradıcılığını əks etdirən videoçarx nümayiş
olunub.
Mədəniyyət.- 2016.- 26
fevral.- S. 11.