Bakıda Lüsern Dünya
Turizm Forumunun toplantısı
Səyahət, turizm və qonaqpərvərlik sənayesinin
“Davos Forumu” sayılan Lüsern Dünya Turizm Forumunun (İsveçrə)
Beyin Mərkəzinin
(WTFL Think Tank) növbəti toplantısı 5-6 mart tarixində
Bakıda keçiriləcək.
Tədbirdə bir sıra ölkələrin turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri
və turizm üzrə tanınmış
ekspertlərin iştirakı
nəzərdə tutulur.
“İnkişafda olan turizm məkanları üçün müvəffəqiyyət
faktorları” mövzusuna
həsr olunmuş toplantı zamanı növbəti on il
ərzində turizm sahəsinə təsir edəcək qlobal tendensiyalar, turizm üçün insan resursları inkişafının
mahiyyəti, yeni texnologiyaların biznes modellərinə və marketinqə təsiri və digər mövzularla bağlı müzakirələr aparılacaq.
Xatırladaq ki, Azərbaycan 2015-ci ildə Lüsern Dünya Turizm Forumunda “Qonaq ölkə” qismində iştirak edib.
Mədəniyyət.- 2016.- 26 fevral.- S. 9.