Afinada Xocalı haqqında film və kitabın təqdimatı
Fevralın 22-də Afinadakı “Ideal
Cinema” kinoteatrında ABŞ və Litva kinematoqrafçıların birgə
istehsalı olan “Endless
Corridor” (“Sonsuz dəhliz”)
adlı sənədli filmin nümayişi və “Müharibə cinayətinin
Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”
(“Khojaly Witness of a war crime - Armenia in the
Dock”) kitabının təqdimatı
keçirilib.
Anım
gecəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi
ilə həyata keçirilən “Xocalıya
ədalət!” təbliğat-təşviqat
kampaniyası çərçivəsində
Azərbaycanın Yunanıstandakı
səfirliyi və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən
təşkil edilib.
Mərasimdə çıxış edən
Azərbaycanın Yunanıstandakı
səfiri Rəhman Mustafayev Xocalıda baş vermiş vəhşiliklərin miqyasının
dünya ictimaiyyətinə
çatdırılması üçün 2008-ci ildən
davam edən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə məlumat verib. Bildirib ki, belə faciələrin bir daha təkrarlanmaması üçün dünya Xocalıya ədalət çağırışına səs verməlidir.
“Sonsuz dəhliz”
sənədli filminin litvalı rejissoru Aleksandras Brokas layihə barədə danışıb. “Müharibə
cinayətinin Xocalı
şahidi. Ermənistan
müttəhim kürsüsündə”
kitabının redaktoru
İan Peart nəşr barədə məlumat verib: “Ümid edirəm ki, bu kitabı
oxuyandan sonra insanlar özlərinə sual edəcəklər: “Kömək etmək üçün mən nə edə bilərəm?”
Kitaba Xocalı
hadisələrinin canlı
şahidləri ilə
müsahibələr, beynəlxalq
mətbuatda dərc olunmuş materiallar, xarici tədqiqatçıların
araşdırmaları, beynəlxalq
təşkilatlardan hesabatlar
və xarici fotoqraflar tərəfindən
çəkilmiş nadir şəkillər
daxildir.
Qeyd edək
ki, 2015-ci ildə beynəlxalq premyerası keçirilən ekran əsəri Madrid, Milan və
digər film festivallarında
mükafata layiq görülüb.
Mədəniyyət.- 2016.- 26 fevral.- S. 8.