Xocalı şəhidlərinin xatirəsi yad edildi

Fevralın 24-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilən “Xocalı - əsrin faciəsi” mövzusunda tədbir keçirildi.

Muzeyin şöbə müdiri Şeiriyyə Məmmədova Azərbaycan xalqının zaman-zaman ermənilərin etnik təmizləmə siyasətinə məruz qalmasından, Xocalı soyqırımının baş vermə səbəblərindən söhbət açdı. Bildirdi ki, son iki əsrdə xalqımız dəfələrə kütləvi qırğınlar yaşayıb, tarixi torpaqlarından qovularaq qaçqına, məcburi köçkünə çevrilib. XX əsrin faciəsi olan Xocalı soyqırımı tarixən üzləşdiyimiz aqressiv erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Tədbirdə millətçi erməni tör-töküntüləri tərəfindən bu siyasətin indidavam etdirildiyi diqqətə çatdırıldı. Tarixi ədalətin bərpasına nail olunmasının, soyqırımı cinayətkarlarının beynəlxalq ictimaiyyətin mühakiməsinə verilməsindən danışıldı.

Muzey əməkdaşlarının hazırladığı, Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olundu.

Sonda Nizami rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin üzvləri və G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii, musiqili kompozisiya təqdim olundu.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 26 fevral.- S. 5.