Tvinninq proqramı çərçivəsində
müzakirə
Fevralın 25-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən Tvinninq proqramının “Azərbaycanda sosial xidmət təminatının inkişafı” layihəsi çərçivəsində görüş təşkil olunub.
Tədbirdə layihənin daimi tvinninq müşaviri Herbert Paulişin və baş
mütəxəssis Ana Raduleşku
ali təhsil ocağının sosial iş ixtisası
üzrə III kurs bakalavr
və II kurs magistr tələbələri
ilə istehsalat və elmi
tədqiqat təcrübəsinin təşkili, həmçinin
nəzərdə tutulan icra müddəti ərzində görüləcək
işlər barəsində fikir
mübadiləsi aparıblar. Layihə çərçivəsində
növbəti görüşlər aprel
ayının əvvəllərinə
planlaşdırılır.
Mədəniyyət.- 2016.- 26
fevral.- S. 5.