Musiqi və incəsənət məktəblərinin
müəllim və şagirdləri üçün
ustad dərsləri
Uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, metodiki köməklik göstərilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerlərdə ustad dərsləri təşkil edilir. 2015-ci il ərzində şəhər və rayonlarda ümumilikdə 77 məktəbin müəllim və şagirdləri üçün fortepiano, violin, tar, kamança, saz, qarmon, xanəndəlik, musiqi nəzəriyyəsi ixtisasları üzrə ustad dərsləri keçirilib.
Bu işin davamı olaraq fevralın 23-də Lənkəran şəhərində
Lənkəran, Astara, Lerik,
Masallı, Yardımlı rayon uşaq musiqi və incəsənət
məktəblərinin müəllim və şagirdləri üçün fortepiano,
tar, xanəndəlik, musiqi
nəzəriyyəsi ixtisasları üzrə ustad
dərsləri təşkil edilib. Dərsləri Bakı şəhər
C.Qaryağdıoğlu adına 9, L. və M.Rostropoviçlər
adına 21 nömrəli onbirillik və 11
nömrəli musiqi məktəblərinin,
Q.Qarayev adına Mərkəzi İncəsənət
Məktəbinin təcrübəli müəllimləri
aparıblar.
Mədəniyyət.- 2016.- 26
fevral.- S. 4.