Məktəb və
muzeydə anım tədbirləri
Fevralın 25-də Xətai rayon ingilis dili təmayüllü 27 saylı orta məktəbdə bu təhsil olacağının məzunu və Xocalı soyqırımının şəhidi olan Hikmət Nəzərliyə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə M.S.Ordubadinin xatirə muzeyinin, Respublika Gənc Turist və Diyarşünaslıq Mərkəzinin əməkdaşları, H.Nəzərlinin ailə üzvləri iştirak ediblər. Məktəblilər soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Məktəbin direktoru Cəmilə Ramazanova, M.S.Ordubadinin xatirə muzeyinin direktoru Lalə Abaszadə və digər çıxış edənlər Xocalı faciəsi haqqında söhbət açıblar.
İştirakçılar məktəbin akt zalında Xocalı soyqırımına həsr olunmuş guşəyə baxıblar.
* * *
Fevralın 25-də Üzeyir Hacıbəylinin ev-muzeyində “Aytam” uşaqların mədəni maarifləndirilməsi İctimai Birliyi tərəfindən Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Giriş sözü
söyləyən muzeyin direktoru
Sərdar Fərəcov Xocalı soyqırımının qan yaddaşımızın ən acı səhifəsi
olduğunu vurğulayıb. Biləcəri
qəsəbəsində yerləşən Xan
Şuşinski adına Ağdam
muğam musiqi məktəbinin
və Azərbaycan Milli Konservatoriyası nəzdində
musiqi kollecinin
şagirdləri musiqi proqramı ilə
çıxış ediblər. Sonda tədbir
iştirakçıları muzeyin ekspozisiya zalları ilə tanış olublar.
Mədəniyyət.- 2016.- 26
fevral.- S. 4.