Mədəniyyət
və Turizm Nazirliyinin
Apellyasiya Şurasının iclası keçirilib
Fevralın 25-də Mədəniyyət və Turizm Nazirliyinin Apellyasiya Şurasının ilk iclası keçirilib.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin sədrliyi ilə keçirilən iclasda Şuranın vəzifələri, gələcək fəaliyyətinin təşkili, şikayətlərə baxılmasına dair təlimatın təsdiq olunması məsələləri müzakirə edilib.
İclasda sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərə nazirlik və onun struktur bölmələri tərəfindən diqqətin daha da gücləndirilməsi, bu sahədə zəruri profilaktik tədbirlərin görülməsi, Apellyasiya Şurasının səlahiyyətlərinə aid məsələlərin hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsinin zəruriliyi xüsusi vurğulanıb.
Xatırladaq ki,
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikasının mərkəzi və yerli
icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının
yaradılması haqqında” 3 fevral
2016-cı il tarixli fərmanına
uyğun olaraq
yaradılmış Mədəniyyət və Turizm
Nazirliyinin Apellyasiya
Şurası sahibkarlıq fəaliyyəti göstərən
fiziki və hüquqi
şəxslərin şikayətlərinə baxılması
sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu
sahədə şəxslərin hüquqlarının və qanunla qorunan
maraqlarının müdafiə olunması məqsədinə
xidmət edir.
Mədəniyyət.- 2016.- 26
fevral.- S. 2.