Yubilyar jurnalistin “Sarı
gəlin” romanının
təqdimatı
Fevralın 23-də Beynəlxalq Mətbuat Mərkəzində
yazıçı-publisist, Əməkdar jurnalist, Mətbuat Şurasının
Ahıl Jurnalistlər
Məclisinin rəhbəri
Yusif Kərimovun 75 illik yubileyinə həsr edilmiş toplantı keçirilib. Tədbirdə yubilyar qələm
sahibinin “Sarı gəlin” romanının təqdimatı olub.
Milli Məclisin deputatı, Mətbuat Şurasının
sədri Əflatun Amaşov çıxış
edərək Yusif Kərimovun yazıçı,
jurnalist və publisist kimi keçdiyi ömür yolundan danışıb, onun yaradıcılığını
səciyyələndirən cəhətlərə diqqət
çəkib. Bildirib ki,
qocaman jurnalist hazırda bədii yaradıcılığını davam etdirməklə yanaşı, jurnalistika ilə bağlı ictimai fəaliyyətə
də geniş yer verir. O, yubilyara Şuranın diplomunu təqdim edib.
Veteran jurnalist, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə təqdimatı
keçirilən “Sarı
gəlin” romanını
Y.Kərimov yaradıcılığının
zirvəsi kimi dəyərləndirib. Romanın məzmunundan
və məziyyətlərindən
bəhs edərkən
bildirib ki, əsər iki gəncin nakam məhəbbəti fonunda Azərbaycan xalqını
1990-cı ilin 20 Yanvar
faciəsinə, Qarabağ
münaqişəsinə məruz
qoyan mürəkkəb
ictimai-siyasi olaylardan bəhs edir.
Əməkdar mədəniyyət işçisi
Şakir Yaqubov, əməkdar jurnalistlər
Tahir Aydınoğlu, Fazil Güney, Adil Cəmil, tanınmış jurnalist-publisist
Zemfira Məhərrəmli,
yazıçı-dramaturq Firuz
Mustafa, poliqrafçı alim
Şəddat Cəfərov
və başqaları
Y.Kərimovu istedadlı
jurnalist, səmimi və qayğıkeş
dost, bacarıqlı rəhbər
kimi səciyyələndiriblər.
Onlar yubilyarın Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı silsilə əsərlər
müəllifi olmasını
xüsusi vurğulayıb,
həmkarlarına yeni
yaradıcılıq uğurları
arzulayıblar.
Qeyd edilib ki, Y.Kərimov çoxillik jurnalistika fəaliyyəti ərzində
“Xalq qəzeti”, “Yüksəliş”, “Bakı-Baku”
qəzetlərində müxtəlif
vəzifələrdə çalışıb. O, uzun illər dövrün nüfuzlu nəşrlərindən
olan “Azərbaycan gəncləri” qəzetinə
rəhbərlik edib. Yubilyar jurnalist, həmçinin dəyərli bədii nümunələri ilə
də oxucuların rəğbətini qazanıb.
Təqdimatı keçirilən “Sarı gəlin” romanı müəllifin “Çardaq”
və “Səni mənə verməzlər”
əsərlərindən qaynaqlanır. Romanda Dağlıq
Qarabağı Azərbaycandan
qoparmaq istəyən qüvvələrin niyyətləri
bədii çalarlarla
təsvir olunub, ötən əsrin
90-cı illərinin hadisələrinin
təhlili aparılıb,
bu müstəvidə
iki gəncin nakam məhəbbəti əksini tapıb.
Sonda çıxış
edən Y.Kərimov səmimi fikirlərinə
və xoş arzularına görə toplantı iştirakçılarına
təşəkkürünü bildirib.
Mədəniyyət.- 2016.- 26 fevral.- S. 15.