BMT Baş
Assambleyasının prezidenti
ilə görüş
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT Baş Assambleyasının prezidenti
Mogens Lykketoft ilə də görüş keçirib.
Görüşdə Baş Assambleyanın prezidenti Azərbaycanın
BMT-nin etibarlı tərəfdaşı olduğunu
bildirərək, bu tərəfdaşlıqdan məmnunluğunu
ifadə edib.
Görüşdə Azərbaycan ilə BMT arasında, xüsusilə
BMT Baş Assambleyası
arasında əməkdaşlıq
məsələsi müzakirə
olunub.
Əbülfəs Qarayev Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi və
onun fəsadları, həmçinin doğma torpaqlarından qovulmuş
məcburi köçkün
və qaçqınların
vəziyyəti haqda məlumat verib və bu barədə
BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi 4 qətnamənin hələ
də icra olunmadığını təəssüflə
qeyd edib.
Sonda nazir Azərbaycan Prezidenti İlham
Əliyevin təşəbbüsü ilə həyata
keçirilən mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” barədə məlumat verərək M.Lykketoftu 2017-ci ildə Bakıda keçiriləcək
4-cü Dünya Mədəniyyətlərarası
Dialoq Forumuna dəvət
edib.
Mədəniyyət.- 2016.- 1 iyul.-
S.3.