Turizm Menecment Universitetində növbəti məzun buraxılışı

 

 

İyunun 30-da Azərbaycan Turizm Menecment Universitetində “Məzun-2016” mərasimi keçirildi. Mərasimdə mədəniyyət turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva, Nazim Səmədov, nazirliyin məsul əməkdaşları, ali məktəb rektorları, diplomatlar, millət vəkilləri, hotel turizm müəssisələrinin rəhbərləri iştirak edirdi.

ATMU-nun rektoru əvəzi Eldar Aslanov tədbiri açaraq bu il yaradılmasının 10 ili tamam olan tədris ocağının fəaliyyətindən ətraflı bəhs etdi. Bildirdi ki, ötən 10 il ərzində ATMU ölkənin turizm əmək bazarı üçün peşəkar kadr hazırlığında mühüm nailiyyətlər əldə edib. Ölkəmizdə ilk dəfə ikili diplom proqramının həyata keçirilməsi, Erasmus-Mundus, Tempus layihələrində iştirak, ölkədə ilk praktika semestrinin təşkili, peşə təhsilinin gücləndirilməsi kimi məsələlər bu fəaliyyətin mühüm istiqamətləridir. Universitetin tələbələri Türkiyə, İsrail, İspaniya, Rusiya digər ölkələrin turizm müəssisələrində təcrübə keçirlər.

Qeyd olundu ki, ATMU 11 ixtisas üzrə bakalavr, magistr, doktorantura üzrə, o cümlədən peşə qısamüddətli kurslarda kadr hazırlığını həyata keçirir. Bu il ATMU-dan 336 nəfər məzun olub. Onlardan 32 nəfəri magistr, 304 nəfəri bakalavr pilləsini bitirib. Beləliklə, ATMU-dan məzun olanların sayı ümumilikdə 1706-ya çatıb. Onlardan 106 nəfəri magistr dərəcəsi olanlardır. ATMU-nun builki məzunlarından 27 nəfəri eyni zamanda Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu qazanıb. Ümumilikdə universitet məzunlarından 151 nəfəri iki diplom alıb. Növbəti tədris ilində universitetə bakalavr pilləsi üzrə 470, magistraturaya 96 nəfərin qəbulu nəzərdə tutulub.

O da vurğulandı ki, Azərbaycan Turizm Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbini bu il müxtəlif ixtisaslar üzrə 416 şagird bitirib.

Eldar Aslanov üzünü tələbələrə tutaraq dedi: "Sizə bilik səylərinizi birləşdirib daha yüksək uğurlar əldə etmənizi arzu edirəm. O zaman cəmiyyətə daha savadlı, daha yararlı vətəndaş ola biləcəksiniz. Bu düşüncə ilə sizi böyük həyat məktəbinə yola salırıq. Yolunuz açıq olsun".

Mərasimdə çıxış edən mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, ölkəmizin turizm sənayesi Prezident İlham Əliyevin xüsusi diqqət qayğısı nəticəsində özünün inkişaf dövrünü yaşayır. Bu inkişafı savadlı, bacarıqlı kadrlarla təmin etməkdə ATMU-nun böyük rolu var.

Məzunlara səslənən nazir müavini onların yeni həyata qədəm qoyduqlarını vurğuladı: “Oxuduğunuz dövrdə Azərbaycanda keçirilən bütün vacib beynəlxalq tədbirlərin könüllüləri qismində çıxış etmisiniz. Azərbaycanda artıq dünya miqyaslı tədbirlərin keçirilməsi ənənəsi mövcuddur. Bu ali məktəbin tələbələri Avropa Oyunlarında, Dünya Mədəniyyətlərarası Dialoq Forumunda, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Formula 1 üzrə Avropa qran-prisində könüllü olaraq öz töhfələrini veriblər. Siz artıq qonaqpərvərliyin olduğunu yaxşı bilirsiniz. Mən tam əminəm ki, bizim sənayenin nümayəndələri sizi ruh yüksəkliyi ilə qarşılayacaq".

Sevda Məmmədəliyeva bildirdi ki, bu gün turizm dünyanın aparıcı sənayelərindən biridir: “Çünki insanlar hər zaman səyahət etməyə, başqa ölkələri görməyə, onların tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanış olmağa maraq göstərirlər. Mənim arzum odur ki, sizin işlədiyiniz qonaqpərvərlik sənayesinin vəziyyəti o qədər yüksək olsun ki, Azərbaycana gələn insan bu ölkədən ancaq gözəl təəssüratlarla ayrılsın”.

Nazir müavini çıxışının sonunda ATMU-nun işində yardım edən Avstriyanın Krems Universitetinin menecment mərkəzinin müəllimlərinə, beynəlxalq əməkdaşlıq proqramları çərçivəsində tədris prosesinə dəstək verən nümayəndələrə, professor-müəllim heyətinə, eləcə Bakı Turizm Peşə Məktəbinin müəllimlərinə təşəkkür etdi.

ATMU-nun ilk rektoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun çıxışını məzun iştirakçılar alqışlarla qarşıladılar. C.Cəfərov bundan sonra da, ona tapşırılan vəzifənin icrası ilə bərabər, hər zaman ATMU ailəsinin üzvü olacağını diqqətə çatdırdı.

Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin beynəlxalq proqramının rəhbəri, professor Valter Qross təhsilini uğurla başa vuran məzunları təbrik etdi. Bakı Turizm Peşə Məktəbinin direktoru Neylufər Kərimova digər çıxış edənlər məzunlara uğurlar arzuladılar.

2015/2016-cı tədris ilinin bakalavr magistr məzunlarına rəmzi diplomlar, İMC Krems Tətbiqi Elmlər Universiteti ilə birgə beynəlxalq proqram məzunlarına diplomlar təqdim olundu. Bildirildi ki, məzunlardan 5 nəfəri fərqlənmə diplomları ilə təhsillərini başa vurublar. Məzunlardan ixtisas, fakültə universitet birincilərinə plaketlər təqdim edildi.

Tədbir konsert proqramı ilə başa çatdı.

 

Fariz Hüseynov

Mədəniyyət.- 2016.- 1 iyul.- S.4.