Milli-mədəni müxtəliflik ölkənin
zənginliyidir
Milli Azlıqların V Respublika Festivalı çərçivəsində
fotosərgi və dəyirmi masa keçirildi
İyunun 30-da Bakıda keçirilən Milli Azlıqların V Respublika Festivalı çərçivəsində Azərbaycan Xalça Muzeyində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən “Bir ailədə” adlı fotosərgi və “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda dəyirmi masa təşkil edildi.
Fotosərginin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, Azərbaycanda artıq 5-ci dəfədir milli azlıqların festivalı təşkil edilir. 2006-cı ildən etibarən Bakıda “Azərbaycan-doğma diyar” devizi altında azsaylı xalqların incəsənəti festivalları keçirilir. 2008, 2011 və 2014-cü illərdə də təşkil edilən festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb.
Müxtəlif xalqların mehriban ailəsi
Nazir müavini əlavə etdi ki, sərginin “Bir ailədə” adlanması təsadüfi deyil. Azərbaycan ta qədimdən müxtəlif mədəniyyətlərin birləşdiyi məkan kimi tanınıb. Müxtəlif xalqlar ölkəmizdə həmişə sülh şəraitində yaşayıblar: “Ulu öndər Heydər Əliyev deyirdi ki, hər bir ölkə nə qədər müxtəlif mədəniyyətləri özündə birləşdirsə, bir o qədər zəngindir. Çünki hər bir xalq dünya mədəniyyətinə öz töhfəsini verir. Təqdim edilən sərgidə biz Azərbaycan ərazisində yaşayan milli azlıqların həyat tərzi və adətləri ilə tanış oluruq. Görürük ki, bu xalqların və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf etdirilir”.
Qeyd olundu ki, dövlət başçısının sərəncamına əsasən 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunub. Bu münasibətlə respublikamızda çoxsaylı tədbirlər təşkil edilir. Mədəniyyət və Turizm Nazirliyi digər dövlət orqanları ilə birlikdə azsaylı xalqların mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparır. Ölkəmizin artıq üç dəfə ev sahibliyi etdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin bu ilin aprelində Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanın tolerant ölkə olduğunun mühüm göstəriciləridir.
Çıxışının sonunda Sevda Məmmədəliyeva festivalın işinə uğurlar arzuladı.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgidə Azərbaycanda yaşayan udin, tat, ləzgi, ingiloy, avar, gürcü, rus, saxur, talış və digər xalqların mədəni irsi öz əksini tapmışdı.
“Multikulturalizmin Azərbaycan
modeli”
Sonra tədbir
“Multikulturalizmin Azərbaycan
modeli” mövzusunda dəyirmi masa ilə davam etdi.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış
edərək bildirdi ki, Azərbaycanda multikultural dəyərlərə
həmişə hörmətlə
yanaşılıb. Ölkəmizdə
multikultural dəyərlərin
qorunması və inkişafına dövlətimiz
tərəfindən diqqət
və qayğı göstərilir, çoxsaylı
tədbirlər həyata
keçirilir: “Ulu öndər Heydər Əliyev ölkəmizdəki
milli azlıqlara çox böyük qayğı ilə yanaşırdı. O, Azərbaycan
multikulturalizminin siyasi
banisidir. Azərbaycan müstəqilliyinin ilk dövründə ümummilli
lider Azərbaycanın
gələcək uğurlu
inkişafı üçün
dəqiq ideoloji hədəf seçdi.
Öz siyasəti ilə Azərbaycanın əsrlər
boyu formalaşmış
çoxmədəniyyətlilik ənənəsini inkişaf
etdirib, onu keyfiyyətcə yeni mərhələyə, siyasət
müstəvisinə keçirdi”.
Qeyd olundu ki, Heydər
Əliyevin multikulturalizm
istiqamətində vaxtilə
həyata keçirdiyi
siyasət bu gün uğurla davam etdirilir: “Prezident İlham Əliyev bu həssas məsələyə
böyük önəm
verir. Son illər
azsaylı xalqların
yaşadığı bölgələrin
sosial-iqtisadi inkişafı
üçün əhəmiyyətli
işlər həyata
keçirilmişdir”.
Vaqif Əliyev
“Multikulturalizm ili” çərçivəsində Mədəniyyət və
Turizm Nazirliyinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən
danışdı.
Bildirildi
ki, multikultural dəyərlərin pozulduğu
məkanda tənəzzül
və qarşıdurmalar
qaçılmazdır: “Biz bunun fəsadlarını Avropa ölkələrində
daha açıq şəkildə görürük.
Azərbaycanda multikultural stabillik
davam edəcək, dözümlülük və
dəyərlərin qorunması
istiqamətində həyata
keçirilən siyasət
uğurla davam etdiriləcək”.
Daha sonra mövzuya dair məruzələr dinlənildi.
Millətlərarası multikulturalizm və dini məsələlər
üzrə dövlət
müşaviri, akademik
Kamal Abdulla, AMEA-nın
vitse-prezidenti, millət
vəkili, akademik İsa Həbibbəyli, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov, Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı,
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev və başqaları məruzə ilə çıxış etdilər.
Qeyd olundu ki, Azərbaycan
dünyanın ən
tolerant ölkələri sırasında
ilk beşlikdə yer alır və əsrlərə söykənən
tolerantlıq ənənələrimiz
bu gün bütün dünyaya nümunədir.
Bildirildi ki, Heydər Əliyev Azərbaycanda dini mədəniyyətin,
tolerantlığın və
dinlərarası dialoqun
proqram əsaslarının
təməlini qoyub. Məscid, kilsə
və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi
dini icmaların maddi-mənəvi cəhətdən
dəstəkləndiyi Azərbaycanda
multikultural həyat tərzi, dinlər və məzhəblərarası
müstəvidə ehtiramlı
münasibət hökm
sürür.
Dəyirmi masada həmçinin “Musiqi dünyası” jurnalının
baş redaktoru,
professor Tariyel Məmmədov
tərəfindən “Azərbaycanda
yaşayan milli azlıqların mahnı və rəqsləri, folklor nümunələri”
adlı disk təqdim edildi.
Tədbir müzakirələrlə davam etdi.
Lalə Azəri
Mədəniyyət.- 2016.- 1 iyul.-
S.5.