Şəkidə “İpək yolunun rəngarəng konsert proqramları

 

 

Beynəlxalq musiqi festivalına bu gün yekun vurulacaq

 

Xəbər verdiyimiz kimi, iyunun 27-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəkidə ənənəviİpək yoluBeynəlxalq Musiqi Festivalına start verilib. 2016-cı ildəTürk dünyasının mədəniyyət paytaxtıadını qazanmış Şəki bu sənət bayramına artıq yeddinci dəfədir ev sahibliyi edir.

 

Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalaİpək yolucoğrafiyasının müxtəlif ölkələrindən Yaponiya, Monqolustan, Qazaxıstan, İran, Türkiyə Rusiyadan musiqi rəqs kollektivləri, sənətçilər gəlib. Festivalın ilk günü səhnəyə çıxan TÜRKSOY-un Xalq çalğı alətləri orkestri - 11 türkdilli ölkənin ifaçılarından ibarət kollektiv sənət şöləninə xüsusi rəng qatıb. Növbəti proqramı təqdim edən TürkiyəninŞimdiansamblının ifasında Anadolu sufi musiqi ənənəsi nümunələri böyük maraqla qarşılanıb.

 

Anadolunun xalq mahnı rəqsləri

 

Festivalın ikinci günü Şəki tamaşaçıları qonaqlar Türkiyənin daha bir musiqi kollektivinin çıxışını izləyiblər. Yay teatrının səhnəsinə İstanbul Böyükşəhər Bələdiyyəsinin Anadolu Türk Xalq Mahnı Rəqs Ansamblı çıxıb.

Konsertin əvvəlində kollektivin festivalda iştirakını təşkil edənTürk OcaqlarıDərnəyi İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram çıxış edərək, təşkilatın ansamblın fəaliyyəti barədə qısa məlumat verib. Diqqətə çatdırılıb ki, “Türk Ocaqları” 1912-ci ildə Osmanlı dövlətinin o zamankı böyük dövlətlərlə iqtisadi mədəni əlaqələrinin, eləcə türk millətinin yüksəlməsi, türkdilli xalqların yaxınlaşması nəticəsində yaranıb. Təşkilatın təsisçiləri arasında Azərbaycandan Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu başqalarının adlarına rast gəlmək olar. Bildirilib ki, “Türk Ocaqlarıbir təşkilat kimi bu gün fəaliyyətini davam etdirir türk dünyasında mədəni əlaqələrin inkişafına xidmət edir.

Diqqətə çatdırılıb ki, 1986-cı ildə bu dərnəyin nəzdində Türk Xalq Musiqisi İcması, sonralar isə İstanbul Böyükşəhər Bələdiyyəsinin Orkestri Anadolu Yuva İcması yaradılıb. Hər iki təşkilat Türkiyənin mədəni həyatında, türkdilli xalqların mədəni əlaqələrinin qurulmasında, etnik musiqi festivallarının, maarifləndirici konsertlərin, sərgilərin təşkilində, həmçinin müxtəlif təqdimat mərasimlərində, ənənəvi folklor bayramlarında fəal iştirak edir.

İpək yoluBeynəlxalq musiqi festivalında ilk dəfə iştirak edən ansamblın solistlərinin türk Azərbaycan dillərində ifa etdikləri bəstəkar xalq mahnıları, rəqs ansamblı üzvlərinin təqdim etdikləri şux oynaq rəqslər Şəki tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.

 

Şəki xanlarının sarayı qarşısında yapon musiqisi səslənib

 

İyunun 29-da gündüz Şəki xanları sarayının həyətində festivalın daha bir iştirakçısının - YaponiyanınVa-Liqaansamblının konserti olub. Konserti Şəki Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Bəstəkarlar İttifaqının, TÜRKSOY-un, Yaponiyanın Azərbaycandakı səfirliyinin rəsmiləri, musiqisevərlər izləyiblər.

Əvvəlcə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi çıxış edərək Şəki şəhərində keçirilən musiqi festivalında iştirak etməkdən qürur duyduğunu bildirib. Vurğulanıb ki, Azərbaycanın qədim tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayında yapon musiqiçilərinin konsertinin gerçəkləşməsi çox əlamətdardır.

Diqqətə çatdırılıb ki, “Va-Liqaansamblı Yaponiyanın ənənəvi musiqi mədəniyyət janrının xaricdə təbliği ilə məşğuldur. Ansamblın 2014-cü 2015-ci illərdə Bakı İsmayıllı şəhərlərindəki konsertləri Azərbaycan tamaşaçıları tərəfindən yüksək qiymətləndirilib. Səfir iki ölkə arasında mədəni əlaqələrin musiqi incəsənət vasitəsi ilə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

SonraVa-Liqamusiqi ansamblının üzvləri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Kollektivin üzvləri Hanavaçie, Omodaka Akiko, Yamada Miçiko Kasai Hiroyukinin ənənəvi yapon musiqi alətləri olan tsuqaru şamisen, şinobue, vadaiko zərb alətlərində təqdim etdikləri ifalar, həmçinin Azərbaycan muğamının ifa tərzinə bənzər Yaponiyanın minyo musiqisi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertin sonunda ansamblın üzvlərinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

 

Gəncə Dövlət Filarmoniyasının konserti

 

Festivalın üçüncü günündə axşam tamaşaçılara Fikrət Əmirov adına Gəncə Dövlət FilarmoniyasınınGöygölDövlət Mahnı Rəqs Ansamblının Kamera Orkestrinin konserti təqdim olunub.

Yay teatrında keçirilən konsertdən öncə iyunun 28-də İstanbulun Atatürk Hava Limanında dəhşətli terror aktı nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diqqətə çatdırılıb ki, qardaş ölkədə baş vermiş faciə ilə əlaqədar bugünkü konsert bütünlüklə faciədə həlak olanların xatirəsinə həsr olunub. Konsertin proqramına yalnız lirik vətənpərvərlik ruhunda mahnılar daxil edilib.

Festivalın dördüncü günü, iyunun 30-da günorta saatlarında Şəki xanları sarayının həyətində Səadət TəhmirazqızınınŞəkinin musiqi folkloruŞəkidə ifaçılıq sənətikitablarının təqdimatı keçirilib. HəmçininZirvəansamblının konserti olub. Axşam saatlarında isəYuxarı Karvansaraymehmanxana kompleksində musiqisevərlər qarşısındaTəbriz” instrumental ansamblı çıxış edib.

Şəkidə VII “İpək yolu” Beynəlxalq Musiqi Festivalı iyulun 1-də başa çatacaq.

 

Mədəniyyət.- 2016.- 1 iyul.- S.8.