“Şahdağ”
Turizm Mərkəzində
qraffiti festivalı
“Şahdağ” Turizm
Mərkəzində “Graffiti festival” adlı tədbir təşkil edilib. Tədbirdə
“Urban Art”ın üzvü
olan 5 qraffiti rəssamı hündürlüyü
təxminən dörd
metrə bərabər
olan beton lövhə üzərində
rəngarəng sprey rəngləyicilər vasitəsilə
“Şahdağda qış
ekstrimi” mövzusunda rəsm qabiliyyətlərini
nümayiş etdiriblər.
İlk dəfə olaraq qraffiti şəhər
mühitindən kənara çıxıb, yaradılan rəsmlər
yaşıl dağ yamaclarının fonunda daha əsrarəngiz
görünüb.
İştirakçılar rəsmlərin necə çəkilməsi
prosesini müşahidə ediblər. Eyni zamanda, bitboks
və rep ustalarının musiqi
dolu, velosipedçilərin və
skeytborçuların adrenalin dolu ifaları tədbir
iştirakçılarına həyəcanlı anlar yaşadıb.
Mədəniyyət.- 2016.- 1 iyul.-
S.9.