İsa Muğannanın “Odərlər” romanı alman dilində
Xalq yazıçısı
İsa Muğannanın
“Odərlər” romanı
yazıçı Şəmil
Sadiqin tərtibatında
bu dəfə alman dilinə tərcümə edilib. Bundan öncə
roman eyni tərtibatda Azərbaycanda və Türkiyədə nəşr
olunub.
Əsər alman dilində
“O biri dünyanın yolçuları”
adı ilə “Edition Winterwork”
nəşriyyatında çap olunub. Ş.Sadiq bildirib ki, almaniyalı filoloq K.H.Kiehl tərəfindən
tərcümə olunan roman
Frankfurt kitab sərgisində
də nümayiş etdiriləcək.
Mədəniyyət.- 2016.- 1 iyul.-
S.10.