“Kitabi-Dədə Qorqud” aforizmləri üç dildə

 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Dədəm Qorqud belə demiş” kitabı üç dildə nəşr olunub.

Muzeydən bildiriblər ki, nəşrdə Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanındakı aforizmlər, hikmətli sözlər, müdrik kəlamlar ilk dəfə Azərbaycan, ingilisrus dillərində dərc olunub.

Kitabın elmi redaktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli nəşrə “Qorqud atanın müdrikliyi” adlı “ön söz” yazıb.

Toplunun elmi məsləhətçisi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

 

Mədəniyyət.- 2016.- 1 iyul.- S.10.