“Azərbaycan əsgəri mərdlik rəmzidir”
İmişli rayon Mədəniyyət mərkəzinin nəzdində yerləşən Dövlət Rəsm Qalereyasında Silahlı Qüvvələr Günü münasibətilə “Azərbaycan əsgəri mərdlik rəmzidir” adlı dəyirmi masa təşkil olunub.
Tədbir rayon
Mədəniyyət və Turizm
şöbəsinin müdiri Nazim Əzimov, “Xalq sözü” rayon qəzetinin
baş redaktoru Səməd
İsmayılov, Qarabağ müharibəsi
veteranı, “Azərbaycan Bayrağı” ordenli
Şamil Cəbrayılov, Qarabağ
Əlilləri, Veteranları və Şəhid Ailələri
İctimai Birliyi rayon təşkilatının sədri Ələddin
Qardaşov, musiqi məktəbinin
müəlliməsi Sənəm Məmmədli və
başqaları çıxış ediblər. Sonda İmişli şəhər
uşaq musiqi məktəbi
şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeir və
mahnılar səsləndirilib.
Mədəniyyət.- 2016.- 1 iyul.-
S.11.