Cəlilabadda balaca rəssamın
fərdi sərgisi açılıb
Cəlilabad Dövlət Rəsm Qalereyasında şəhər sakini, on bir yaşlı Sinan Məmmədlinin əl işlərindən ibarət fərdi sərgisi təşkil edilib.
Sərginin açılış mərasimində
Cəlilabad Rayon İcra
Hakimiyyətinin başçısı Əziz Əzizov, idarə
və müəssisələrin rəhbərləri, valideynlər
və məktəblilər iştirak ediblər.
S.Məmmədlinin bir-birindən maraqlı rəsmləri bura gələnlərin böyük
marağına səbəb olub. Balaca rəssam qalereyada
yaradılmış “gələcəyin rəssamları” dərnəyinə
cəlb edilib.
Mədəniyyət.- 2016.- 1 iyul.-
S.13.