Multikulturalizm” jurnalının təqdimatı keçirildi

 

 

İyunun 29-da Prezident yanında Bilik FondundaMultikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının ilk sayının təqdimatı keçirildi. Jurnal Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə rüblük nəşridir.

 

Tədbiri Bilik Fondu Aparatının rəhbəri İsaxan Vəliyev açaraq jurnalın yaranması zərurətindən danışdı. Qeyd etdi ki, Prezident İlham Əliyev 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ilielan olunması haqqında sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, sivilizasiyaların qovuşduğu Azərbaycan istər xalq, istərsə də dövlət səviyyəsində tolerantlıq prinsiplərinə daim sədaqət nümayiş etdirib. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib.

Natiq daha sonra jurnalın dərc olunan məqalələrin mövzu və ideyasından söz açdı.

Qeyd olundu ki, nəşrin “Azərbaycançılıq” rubrikasında ölkəmizdəki bütün etnosların qardaşcasına dinc yanaşı yaşamaq, vahid ideologiyanın çətiri altında birləşməsi kimi məsələlərə toxunulur. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi”, Millətlərarası, multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın “Azərbaycan multikulturalizmi bu gün: Portuqaliyadan İndoneziyayadək”, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “Multikulturalizm - dəqiq ideoloji məqsəd”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Azərbaycanın multikulturalizm modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur” və digər görkəmli müəlliflərin məqalələri jurnalda yer alıb.

Jurnalın baş redaktoru, yazıçı Fəxri Uğurlu çıxış edərək nəşrin rubrikaları haqqında məlumat verdi. Bildirdi ki, “Çoxmədəniyyətlilik” bölməsində ölkəmizin və dünyanın multikultural mənzərəsindən fraqmentlər əks olunub, mədəni rəngarəngliyin ədəbiyyat, sənət dilində ifadəsinin şərhləri verilib. “Homo sapiens” bölməsində mədəniyyətlərin formalaşması tarixinə, sivilizasiyanın enişli-yoxuşlu yoluna işıq salınır. “Tariximiz, bugünümüz” rubrikasında qədim dövrlərdən ölkəmizin ərazisində yaşayan xalqların əsrlər boyu keçdiyi tarixi-mədəni proseslərin keçmişdən indiyə uzanan mənəvi bağları aşkara çıxarılır.

Jurnalda həmçinin “Höte zalı”, “Axundov zalı”, “Sönməyən ulduzlar”, “Kitab rəfi” və s. rubrikalar var.

Nəşrin ilk sayında elmi-publisistik yazılarla yanaşı, “Region” bölməsində ölkəmizin şimal bölgəsinin ədəbi mühitinə nəzər salınır, tanınmış və gənc müəlliflərin, o cümlədən milli azlıqların təmsilçiləri olan şairlərin şeirləri təqdim olunur. Nəşrin növbəti “Region” bölməsi cənub zonasının ədəbi mühitinə həsr olunacaq.

Qeyd edək ki, jurnalın ildə dörd dəfə (rüblük) nəşr olunması nəzərdə tutulur.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Rəşad İlyasov, Azərbaycan Yaradıcılıq Fondu Aparatının rəhbəri Qismət Rüstəmov, Amerika-Azərbaycan Beynəlxalq Humanitar Təşkilatının sədr müavini Rav Zamir İsayev və başqaları çıxış edərək etnik-mədəni müxtəliflik arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində Azərbaycanın spesifik sülhsevər siyasətindən danışdılar.

 

Savalan Fərəcov

Mədəniyyət.- 2016.- 1 iyul.- S.14.