Yeniyetmə pianoçunun növbəti uğuru
İsveçin paytaxtı Stokholmda gənc ifaçıların beynəlxalq müsabiqəsi keçirilib. Ölkəmizi müsabiqədə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 3-cü sinif şagirdi Münəvvər Əliyeva təmsil edib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib ki, müxtəlif ölkələrdən 32 musiqiçinin iştirak etdiyi müsabiqədə təmsilçimiz 2-ci yerə layiq görülüb və münsiflər tərəfindən çox yüksək rəylər alıb.
Qeyd edək ki,
münsiflər heyətinə amerikalı professor
Tamara Poddubnaya və N.A.Rimski-Korsakov adına Sankt-Peterburq
Dövlət Konservatoriyasının professoru
İvan Mixaylov sədrlik
ediblər.
Mədəniyyət.-2016.- 13 iyul.-
S.7.