Mətbəx
nümunələrimiz Moskvada keçirilən
festivalda təqdim olunub
Moskvada “Milli mətbəx festivalı” keçirilib. Festivalda ölkəmizi Azərbaycan
Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya
nümayəndəliyi təmsil
edib. Şəhər meriyası tərəfindən
təşkil olunan festivalda Rusiyada yaşayan millətlərin
milli mətbəxləri
nümayiş olunub.
Diasporla
İş üzrə
Dövlət Komitəsindən
bildiriblər ki, festivalda ASGA-nın Rusiya nümayəndəliyinin
rəhbəri Toğrul
Allahverdili və icraçı direktor Xəzər Qarayev Azərbaycan stendinə yaxınlaşan iştirakçılara
və qonaqlara milli mətbəximiz haqqında məlumat veriblər. Tədbirdə
iştirak edən rəsmilər də Azərbaycan mətbəxinin
nümunələri ilə
tanış olublar.
Festivalın sonunda ASGA-nın
Rusiya nümayəndəliyinin
sədrinə Azərbaycanın
milli mətbəxini yüksək səviyyədə
təqdim etdiyinə görə şəhər
rəhbərliyi adından
fəxri diplom təqdim edilib.
Mədəniyyət.-2016.- 13 iyul.- S.10.