“Xoşbəxt olun”
Ailə-məişət
mövzusunda tragikomik film
Yazıçılar Birliyinin üzvü Səidə Haqverdiyevanın “Qara qızın qara bəxti” adlı hekayəsinin motivləri əsasında “Xoşbəxt olun” adlı film çəkilib. Mövzusu ailə-məişət hadisələrindən götürülmüş tragikomik filmdə qızların ərə getməməsi və ailələrdə bu səbəbdən qabaran mənəvi-psixoloji problemlər ön plana çəkilib.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Könül Vəlibəylidir.
Rolları Əməkdar artist Sevinc Sarıyeva,
Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov,
Cavid Telman, Rəsmiyyə
Nurməmmədova, Könül Şahbazova, Elnur
Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə
Əhmədova, Vüsal Hüseynov,
Aybəniz Bağırova və Gülnarə Abdullayeva
ifa edirlər. Çəkilişlər Tərtər,
Cəlilabad, Şamaxı və Bakıda aparılıb.
Mədəniyyət.-2016.- 13 iyul.-
S.13.