Mingəçevirdə sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış-sərgi

Heydər Əliyev FondununRegional İnkişafİctimai Birliyinin təşkilatçılığı ilə Mingəçevir şəhərində fiziki qüsurlu və sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil olunub.

Sərgidə respublikanın müxtəlif regionlarından olan fiziki qüsurlu və sağlamlıq imkanları məhdud şəxslərin əl işləri nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən “Regional İnkişafİctimai Birliyinin sədri Məhəmməd Abdullayev sərginin fiziki qüsurlu şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsinə, onların cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasına, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqətin artırılmasına xidmət etdiyini bildirib.

Daha sonra Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və açılışda iştirak edən ictimaiyyətin nümayəndələri sərgi ilə tanış olublar.

Satış-sərgidə rəsm, xalçaçılıq, bədii tikmə, toxuma və hörmə, dulusçuluq, keramika, ağac üzərində oymametal üzərində işləmə və s. növlərdə 150-dən çox əl işi nümayiş olunub.

Sərginin sonunda əsərlərin satışı təşkil edilib.

 

Mədəniyyət.- 2016.- 13 iyul.- S.15.