Kinematoqrafçılar
İttifaqı idarə heyətinin iclası keçirilib
Milli Kino Günü ilə bağlı hazırlıq
və təşkilati işlər müzakirə olunub
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətinin növbəti iclası keçirilib.
Qurumun mətbuat xidmətindən bildirilib ki, ARKİ-nin sədri, Xalq artisti Şəfiqə Məmmədova 2 avqust - Milli Kino Günü ilə bağlı hazırlıq və təşkilati işlərdən danışıb, əlamətdar günün kinematoqrafçılar üçün vacib olduğunu söyləyib.
İttifaqın icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qurumun fəaliyyəti barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
Daha sonra ittifaqın idarə heyətinin
üzvləri - xalq artistləri Eldar Quliyev və Oqtay Mirqasımov, C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinorejissor,
Əməkdar incəsənət xadimi Ayaz Salayev
çıxış edərək
kinematoqrafçıların peşə bayramı gününün müxtəlif tədbirlərlə
qeyd edilməsi ilə bağlı təkliflər
irəli sürüblər.
Mədəniyyət .-2016.- 6 iyul.-
S.4.