Musiqili Teatrın direktoru
yubileyi münasibətilə
mükafatlandırılıb
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru,
Naxçıvan MR-in Əməkdar incəsənət
xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Əliqismət Lalayev milli
mədəniyyətimizin inkişafında xidmətlərinə
görə və 60 illik yubileyi
münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
mükafatlandırılıb.
Əliqismət Hümmət oğlu Lalayev 1956-cı ildə Salyanda anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.
Təyinatla Naxçıvan Muxtar Respublikasına göndərilib, 1988-ci ilədək Naxçıvan Dövlət Musiqili Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirib. Burada quruluşçu rejissor vəzifəsində çalışan gənc, istedadlı aktyor və rejissor ilk tamaşalarından teatr ictimaiyyətinin diqqətini cəlb edib, hazırladığı əsərlər səhnə yozumu ilə fərqlənib. Ə.Lalayev 1986-cı ildə Naxçıvan MR-in Əməkdar incəsənət xadimi fəxri adına, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mükafatlarına layiq görülüb.
1988-ci ildən Salyanda
“Qələbə” qəzetinin redaksiyasında məsul katib, rayon Mədəniyyət
şöbəsinin müdiri vəzifələrində
işləyib, 1993-cü ildə M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini təyin edilib. 1995-2008-ci illərdə Mədəniyyət
Nazirliyi İncəsənət baş idarəsinin rəisi, Mədəniyyət
və Turizm Nazirliyinin
İncəsənət şöbəsinin müdiri
vəzifələrində çalışıb. 2008-ci ildən
Azərbaycan Dövlət Musiqili
Teatrının direktorudur.
Mədəniyyət.-2016.- 6 iyul.-
S.7.