“Multikulturalizm və
kitab” mövzusunda zona konfransı
İyulun
8-də Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Ağcabədi
Rayon İcra Hakimiyyəti
və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı
ilə Ağcabədi
şəhərindəki Üzeyir
Hacıbəyli adına
Qarabağ Muğam Mərkəzində “Multikulturalizm
və kitab” mövzusunda zona konfransı keçiriləcək.
Tədbir çərçivəsində
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
nəşri olan “Azərbaycan multikulturalizminin
ədəbi-bədii qaynaqları”
kitabının, “Multikulturalizm”
jurnalının ilk nömrəsinin
təqdimatı və
“Multikulturalizm Azərbaycanın
həyat tərzidir” adlı kitab sərgisinin açılış
mərasimi olacaq.
Mədəniyyət.-2016.- 6 iyul.- S.10.