“Açıq kitabxana”
layihəsinin təqdimatı olacaq
İyulun 15-də Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana” layihəsinin təqdimatı olacaq.
Layihəyə əsasən Milli Kitabxananın Rəşid Behbudov küçəsinə baxan hissəsində olan bağçasında günün 24 saatı ərzində oxucular və bütün vətəndaşlar üçün sərbəst mütaliə guşəsi yaradılacaq. Açıq kitabxanada “Mən oxudum, sən də oxu” devizi altında “Kitabı kitaba dəyişmə” guşəsi də fəaliyyət göstərəcək. Kitab guşəsinə müraciət edən hər bir kəs artıq onun mütaliə etdiyi və ona lazım olmayan kitabların başqa şəxslər tərəfindən də mütaliə olunmasına şərait yaradacaq. Layihə çərçivəsində poeziya gecələri, mütaliə axşamları, yazıçı və şairlərlə görüşlər, yeni kitablarının təqdimat mərasimləri də təşkil olunacaq.
Həmçinin kitab
satışı yerləri də yaradılacaq. İstənilən
müəllif özünün yeni çap olunan kitabını satış üçün açıq kitabxanaya
təqdim edərək müəyyən müddətdən sonra satılan kitablarının dəyərini
geri ala biləcək.
Guşədə Azərbaycanda, Rusiyada və
digər xarici ölkələrdə çap olunan kitabı onlayn sifariş etmək mümkün olacaq.
Mədəniyyət.-2016.- 15 iyul.-
S.2.