Yeni turizm klasterləri ilə bağlı regional treninqlər
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin (MEMM) təşkilatçılığı
və Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşlarının iştirakı
ilə iki müəssisə arasında
müvafiq memoranduma əsasən bölgələr
üzrə təlimlərə
start verilib.
İyulun
13-də Gəncə şəhərində
Nizami Gəncəvi Muzeyində “Gənc mədəniyyət işçilərinin
koordinasiya kreativ qrupu”nun 31 rayon üzrə
nümayəndəsinə “Turizm müəssisələrində
mədəni xidmətin
təşkili” mövzusunda
ilk treninq keçilib.
Şəhər Mədəniyyət və
Turizm idarəsinin rəisi Sənan Hacıyev və MEMM-in direktoru Asif Usubəliyev təlim iştirakçılarına uğurlar
arzulayıb və bu istiqamətdə görülmüş işlər
barədə məlumat
veriblər. A.Usubəliyev qeyd edib ki, yeni turizm
klasterlərinin yaradılmasına,
habelə turizm və mədəniyyət
sektorunda problemlərin
həllinə xidmət
edən layihə davamlı olaraq müxtəlif sahələrin
mütəxəssislərinin iştirakı ilə digər regionlarda da təşkil olunacaq. Təlim zamanı mədəniyyət
müəssisələri tərəfindən
yerli və xarici turistlərə göstərilə biləcək
mədəni xidmətin
təşkili aşılanıb,
gənc əməkdaşlar
arasında geniş fikir mübadiləsi aparılıb, mövzuya dair təkliflər səsləndirilib. Təlimin sonunda
iştirakçılara sertifikatlar
təqdim olunub.
Respublikanın bütün bölgələrini
əhatə edəcək
təlimlər bitdikdən
sonra növbəti mərhələdə gənc
mədəniyyət işçiləri
ilə turizm müəssisələrinin rəhbərləri
arasında görüşlərin
təşkili nəzərdə
tutulub.
Mədəniyyət.-2016.- 15 iyul.- S.5.