Alim Qasımov İngiltərə universitetində ustad dərsləri keçib

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova İngiltərənin SOAS Universitetində ustad dərsləri keçiblər. Bu barədə SOAS Universitetinin internet saytında məlumat verilib.

Məlumatda bildirilir ki, dünya şöhrətli muğam ustadının ustad dərsləri pulsuz təşkil edilib. Daha çox ingilisdilli auditoriya üçün nəzərdə tutulan ustad dərslərində tanınmış müğənnilərimizin ifasında Azərbaycan musiqiləri səslənib və milli musiqimizin incəliklərindən söhbət açılıb.

Qeyd edək ki, sənətkarın səfər proqramına qızı ilə birgə LondonunWiqmorekonsert salonunda konsertdaxildir.

Mədəniyyət.-2016.- 15 iyul.- S.5.