“Tax free” sistemi
necə işləyəcək?
Əlavə dəyər
vergisinin qaytarılması
hansı mallara və kimlərə şamil edilməyəcək,
prosedur necə həyata keçiriləcək?
Xəbər verildiyi kimi, ölkə başçısı
tərəfindən "Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında"
qanun imzalanaraq qüvvəyə minib. Qanuna dəyişiklik
əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda
alınmış, istehsal,
yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan
mallara görə ödənilmiş əlavə
dəyər vergisinin
(ƏDV) ölkədən çıxarkən
qaytarılmasını təsbit
edir.
Prezident
həmçinin "Əcnəbilər
və vətəndaşlığı
olmayan şəxslər
tərəfindən Azərbaycan
Respublikasının ərazisində
alınmış istehsal,
yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan
mallara görə ödənilmiş əlavə
dəyər vergisinin qaytarılması Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Məsələ ilə bağlı danışan İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin icraçı
direktoru Vüsal Qasımlı bildirib ki, "Tax free" (ingilisə
“vergidən azad”) sistemi turizmin inkişafı məqsədilə
beynəlxalq təcrübədə
özünü sübut
etmiş mexanizmdir. Təhlil
nəticəsində müəyyən
olunub ki, Avropa İttifaqına üzv dövlətlər,
"Böyük İyirmilik"
ölkələrinin 70 faizi,
region ölkələrindən isə Türkiyə və Gürcüstan
"Tax free" sistemini tətbiq
edirlər.
Bu sistemə görə
xarici turistlərin ölkə ərazisində
alınmış mallara
görə ödədikləri
istehlak vergiləri (Azərbaycanda əlavə
dəyər vergisi) həmin mallar ölkə ərazisindən
ixrac edilərkən onlara geri qaytarılır. Təhlil göstərir
ki, ƏDV üzrə
büdcə daxilolmalarında
müşahidə olunacaq
azalma, sistemin uğurlu tətbiqi nəticəsində artan pərakəndə ticarət
dövriyyəsi üzrə
vergitutma bazasının
genişlənməsi hesabına
qısa müddət ərzində kompensasiya olunacaq.
Azərbaycanda manatın devalvasiyası turistlər üçün
ölkəmizdə qiymətləri
əvvəlkinə nisbətən
daha cəlbedici edib.
Ümumiyyətlə, qlobal trendlər onu göstərir ki, turizmin iqtisadiyyata
verəcəyi töhfələr
arasında alış-veriş
həcmi getdikcə öz əhəmiyyətini
artıracaq. Bu mənada ölkəmizdə "Tax free"nin tətbiqi qlobal trendlərə uyğun olmaqla Azərbaycanda turizm sektoru üzərindən yeni iş yerlərinin
açılması, gəlirlərin
artması, kapital qoyuluşu və vergi bazasının genişlənməsi kimi məsələlərə xidmət
edəcək.
Yeni qüvvəyə minmiş
Qanun və Fərman "Tax free" sisteminin
elektronlaşdırılması, təhlükəsizliyin yüksək
səviyyədə təmin
olunması və sadələşdirilmiş prosedurların
tətbiqi məqsədilə,
Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd
Xidməti birlikdə müvafiq işlər görəcəklər. Eyni
zamanda Mədəniyyət
və Turizm Nazirliyi, Vergilər Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti birlikdə "Tax free" sisteminin
tətbiqi ilə bağlı təbliğat,
təşviqat və məlumatlandırma tədbirlərini
həyata keçirəcəklər.
Qeyd edək
ki, “Tax free" sisteminin
tətbiqi ilə bağlı ölkə başçısının 12 iyul tarixli fərmanı
ilə təsdiq edilmiş qaydalar bu prosesin bütün
mərhələlərini əhatə
edir.
Sənəd istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə
tutulmayan mallara görə ödənilmiş
əlavə dəyər
vergisinin (ƏDV) həmin
mallar gömrük qanunvericiliyinə uyğun
olaraq Azərbaycan ərazisindən hava nəqliyyatı vasitəsilə
aparılarkən geri qaytarılması qaydasını
tənzimləyir.
Qayda aşağıdakı mallara
şamil edilmir: aksizli mallar; ərzaq malları; dərman preparatları və tibbi ləvazimatlar;
ölkənin mədəni-tarixi
sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm
əhəmiyyət kəsb
edən mallar; ölkə daxilində satışı ƏDV-dən
azad edilən mallar; ixracı üçün lisenziya tələb olunan mallar; çərçivəyə
salınmamış, emal
edilməmiş və
ya çeşidlənməmiş
qiymətli daşlar; külçə şəklində
qiymətli metallar; müşayiət olunmayan
baqajla (karqo) Azərbaycan Respublikasının
ərazisindən aparılan
mallar; nəqliyyat vasitələri və onların ehtiyat hissələri; poçt və ya internet xidməti vasitəsilə
ixrac edilən mallar.
Qayda bir elektron vergi-hesab fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 300 manatdan çox olduğu hallarda tətbiq edilir və alındığı tarixdən 90 gün müddətində ölkə ərazisindən aparılan istehlak mallarına şamil edilir.
“Tax free" sistemindən aşağıdakı şəxslər yararlana bilməz: Azərbaycan Respublikasının vətəndaşları; Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilmiş, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; bilavasitə xidməti vəzifələrini icra edən hava nəqliyyatının heyət üzvü olan şəxslər; 14 yaşınadək şəxslər.
ƏDV-nin qaytarılması şərti ilə malların satışı vergi orqanı tərəfindən satıcı qismində qeydiyyata alınmış ƏDV ödəyicisi olan şəxslər tərəfindən həyata keçirilir.
Satıcı pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalı, vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinə (obyektinə), həmin təsərrüfat subyektində (obyektində) vergi qanunvericiliyinə uyğun olaraq quraşdırılmış nəzarət kassa aparatına və işlək vəziyyətdə olan Pos-terminala malik olmalıdır;
Alıcı tərəfindən pasport və ya digər sərhədkeçmə sənədi təqdim edildikdən sonra satıcı aşağıdakı məlumatları özündə əks etdirən e-VHF-ni Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi-hesab faktura sistemi vasitəsilə tərtib edir və həmin məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürür.
ƏDV-nin alıcıya qaytarılması nağd ödəniş və
köçürmə yolu ilə həyata
keçirilir. Alıcı
dövlət sərhədinin buraxılış məntəqəsindən
keçdikdən sonra müvəkkil bank gömrük orqanı
tərəfindən möhürlə təsdiq olunmuş e-VHF-yə əsasən
qaytarılmalı olan ƏDV məbləğini
alıcının istəyinə uyğun
olaraq milli valyutada nağd
ödəniş və ya 10 iş günündən gec
olmayaraq xarici və ya milli valyutada
bank kartına (və ya
hesabına) köçürmə qaydasında qaytarır. Operatorun göstərdiyi xidmətlərə
görə alıcıya ödəniləcək ƏDV məbləğindən
20 faiz həcmində xidmət haqqı tutulur.
Mədəniyyət.-2016.- 15 iyul.-
S.9.