Bakıdan unudulmaz təəssüratlar
“Jara”
Beynəlxalq Musiqi Festivalının hərarəti
Rusiya kütləvi informasiya
vasitələrinə də yayılıb
Xəbər verdiyimiz kimi, iyulun 9-10-da Bakıda Rusiyanın estrada ulduzlarının, Ukrayna və Qazaxıstandan tanınmış ifaçıların, eləcə də Azərbaycan musiqiçilərinin iştirakı ilə “Jara” (“İsti günlər”) Beynəlxalq Musiqi Festivalı keçirildi.
Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Xəzər sahilindəki “Sea Breeze” istirahət mərkəzində təşkil olunan festival nəinki Azərbaycan, eləcə də Rusiya üçün yaddaqalan mədəniyyət hadisəsinə çevrildi. Rusiya kütləvi informasiya vasitələrinin festivala göstərdiyi böyük maraq bunun göstəricisidir.
Festival öncəsi “Love Radio”nun internet səhifəsində belə bir yazı dərc edilmişdi: “Jara” musiqi festivalı: bütün ulduzlar Xəzər dənizinin sahilində”. Həqiqətən də, 500-dək qonağı olan festival çoxlu sayda nüfuzlu musiqiçilərin iştirakı ilə fərqləndi: Polad Bülbüloğlu, Qriqori Leps, Filip Kirkorov, Stas Mixaylov, Polina Qaqarina, Vladimir Presnyakov, Nyuşa, Leonid Aqutin, Sergey Lazarev, Timati, “A-Studio”, Nikolay Baskov, Valeriya, Ani Lorak, Emin, Aleksey Vorobyov, “MBAND”, Potap və Nastya dueti, Svetlana Loboda, Yeva Polna, Vlad Sokolovski, Yulianna Karaulova, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, “Rast” qrupu, Səmra Rəhimli və digər artistlər musiqisevərlərə gözəl anlar bəxş etdilər.
“Life.ru” saytı yazır ki, Rusiya məşhur ifaçıları qastrollarına və məzuniyyətlərinə ara verərək Bakıya gəldilər ki, çoxminli auditoriya qarşısında çıxış etsinlər.
“Hello, Rossiya” saytı isə festivalın çoxsaylı qonaqlarını “Bakıya ulduz desantı” adlandırmışdı.
Rusiyanın 70-dək
KİV-i “Jara” festivalından danışdı. “Lifenews”,
“Spletnik”, “Woman”, “7days”, “Starhit”,
“Radio Dacha”, “Woman’s day”, “OK!”, “Peopletalk”, “Komsomolskaya
pravda”, eləcə də sosial şəbəkələr hazırlıq
işləri, məşqlər,
ifalar, musiqiçilərin
əyləncələri, müsahibələri,
bir sözlə, festivalla bağlı bütün məsələləri
böyük şövqlə,
heyranlıqla ictimaiyyətə
çatdırır, bir
məqamı belə gözdən qaçırmır,
çəkdikləri fotoları,
süjetləri internetdə
yerləşdirirdilər.
Festivala dair foto və
maraqlı məlumatlar
KİV-lərin və
sosial şəbəkələrin
əsas səhifələrini,
sözün yaxşı
mənasında, zəbt
etdi. Məqalələrdə vurğulandı ki,
bu festival əsl musiqi bayramına çevrilməklə həm
iştirakçıların, həm də qonaqların yaddaşında
uzun müddət qalacaq. Bakıdakı xoş mühit,
iqlim, dəniz, mətbəx, yüksək
şərait festivalı
yaddaqalan və unudulmaz etdi.
Festival eyni zamanda 2016-cı il Azərbaycanda
elan edilən “Multikulturalizm ili”nə mədəniyyətlərarası dialoq baxımından dəyərli töhfə
oldu. Müxtəlif xalqların nümayəndələrinin
tədbirdə iştirakı,
göstərilən diqqət
və qayğı, onların özlərini evlərindəki kimi hiss etmələri ölkəmizdə
mədəni müxtəlifliyə
verilən növbəti
qiymət idi. Qonaqlar Azərbaycandan, onun paytaxtı Bakıdan zəngin təəssüratla ayrıldılar.
Jurnalistlərə müsahibələrində onlar xalqımızın qonaqpərvərliyindən, Xəzər
sahilində istirahətlərindən
danışdılar, Azərbaycana
gəlmələrindən çox
şad olduqlarını
bildirdilər.
Mədəniyyət.-2016.- 15 iyul.- S.10.