Astarada “Mütaliə həftəsi”
Astara rayon Mərkəzi kitabxanasının qarşısında “Mütaliə həftəsi” layihəsi çərçivəsində kitab sərgisi təşkil olunub.
Tədbirin keçirilməsində məqsəd rayon əhalisinin kitaba marağını daha da artırmaq, mütaliə mədəniyyətini inkişaf etdirməkdir. Sərgidə rayon MKS-nin fonduna daxil olmuş yeni kitablar, yerli yazarların kitabları nümayiş etdirilir.
Açıq havada təşkil
olunan kitabxana xidməti
oxucular tərəfindən maraqla qarşılanıb. Həftə ərzində
Azərbaycan və xarici yazarların
kitabları, eləcə də yeni nəşrlər
oxucuların istifadəsinə verilir.
Mədəniyyət.-2016.- 15 iyul.-
S.11.