“Rənglərin ahəngi”
Kitabxanaçı-rəssamın
sərgisi
Şirvan şəhər Mərkəzi kitabxanasının qarşısındakı parkda kitabxananın rəssamı Nəzakət Allahverdiyevanın “Rənglərin ahəngi” adlı fərdi rəsm sərgisi təşkil edilib. Sərgidə müəllifin boyakarlıq nümunələri, bədii tikmələr, bədii toxumalar, applikasiyalar nümayiş olunub.
Tədbirdə şəhər İcra Hakimiyyəti İctimai-siyasi şöbəsinin müdiri Adəm Hüseynov, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
MKS-nin direktoru İltifat Nəbiyev, Mərkəzi kitabxananın direktor müavini Alma Cəfərova, Uşaq kitabxanasının zal müdiri Mətanət Zərbəliyeva, şəhər sakini Nərminə Sadıqova və digər çıxış edənlər Nəzakət Allahverdiyevanı təbrik edərək onun əl qabiliyyətindən söz açıblar.
Rəsm qalereyasının rəssamı Çinarə Hüseynova tədbir iştirakçılarına sərgidə nümayiş olunan rəsm əsərləri - natürmort və peyzajlar, applikasiya işləri və bədii toxumalar barədə məlumat verib.
Qeyd olunub
ki, bu cür
əl işlərinin satış-sərgisinin təşkili yerli sakinlərdə və şəhərin
qonaqlarında maraq yaradar.
Bu isə öz
növbəsində turizmin inkişafına
da töhfədir.
Mədəniyyət.-2016.- 15 iyul.-
S.11.