“Əsrlərdən süzülüb gələn...”

Moldovada azərbaycanlı rəssamın sərgisi

 

Azərbaycanın Moldovadakı səfirliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə tanınmış azərbaycanlı rəssam Mir Teymur Məmmədovun qrafik əsərlərindən ibarət “Skvoz veka” (“Əsrlərdən süzülüb gələn...”) adlı sərgisini təşkil edib.

Səfirlikdən bildirilib ki, sərginin açılış mərasimində Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldovanın mədəniyyət naziri Monika Babuk, “Picasso” art-studiyasının rəhbəri Ancela Yurku və rəssam Mir Teymur Məmmədov iştirak ediblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova filialının rəhbəri Aurelia Qriqoriu, Türkiyə, Çexiya, Rumıniya, Macarıstan, Gürcüstan səfirləri, Moldovanın Azərbaycandakı səfiri George Leuka da iştirakçılar arasında olublar.

 

Mədəniyyət.-2016.- 15 iyul.- S.16.