Ölkəmiz
Brüsseldə beynəlxalq festivalda təmsil
olunur
Qara Qarayev adına Mərkəzi
İncəsənət Məktəbinin şagirdləri
Belçikanın paytaxtı Brüsseldə keçirilən
“Musica Mundi” beynəlxalq
kamera musiqisi
festivalına qatılıblar.
Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsindən bildirilib ki, iyulun 31-dək davam edəcək
festivalda dünyanın müxtəlif ölkələrindən
10-18 yaşlı istedadlar öz bacarıqlarını
nümayiş etdirirlər. Festival qala-konsert və dünya
musiqi elitasının tanınmış
nümayəndələrindən sayılan Maksim
Venqerov, İrvi Qitlis, Menaxem Pressler, Nikolas Angelix, Mikloş Perenyi və Aleksandr Qavrilyuk tərəfindən imzalanmış təhsil
sertifikatlarının təqdimatı ilə yekunlaşacaq.
Mədəniyyət.-2016.- 20 iyul.-
S.2.