Qəbələdə
növbəti beynəlxalq musiqi
festivalı
İyulun 30-dan avqustun 5-dək Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Ənənəvi festivalda bu dəfə də dünyanın tanınmış musiqi kollektivləri və musiqiçiləri iştirak edəcək.
Festivalın saytında yer alan məlumata görə, açılış mərasimində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. İyulun 31-də Vyana Akademik Orkestrinin (bədii rəhbər - Martin Haselblok) çıxışı və İspaniyanın “Suite Espanola” şirkətinin təqdimatında flamenko rəqsləri təqdim olunacaq.
Avqustun 1-də Yunanıstanın folklor kvarteti isə azərbaycanlı xanəndələrlə eyni səhnəni bölüşəcək. Ayın 2-də Kubanın “Gənc klassiklər” ansamblının çıxışı olacaq. “Kiyev virtuozları” orkestrinin konsert proqramları 3-5 avqustda təqdim ediləcək.
VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində
avqustun 2-dən 5-dək fortepiano
ifaçılarının müsabiqəsi də keçiriləcək.
Mədəniyyət.-2016.- 20 iyul.-
S.2.