Tvinninq layihəsi çərçivəsində təlim səfəri

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyaya gedib

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi Avropa İttifaqının dəstəyi ilə birgə yeni Tvinninq layihəsi həyata keçirir. Bu ilin martında rəsmi təqdimatı olan layihənin məqsədi Azərbaycanın mədəniyyət sektorunda hüquqi baza və idarəetmə sisteminin müasirləşdirilməsinə töhfə verməkdir.

Layihə iki əsas komponentdən ibarətdir: mədəniyyət sektorunun idarə olunması üzrə islahatlar (ümumi strukturun, qanunvericilik bazasının və işçi potensialının yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi) və qeyri-maddimaddi mədəni irsin idarə olunmasının institusional inkişafı (qeyri-maddimaddi irsin, muzeylər və kitabxanaların, mədəniyyət evləri və mədəniyyət mərkəzlərinin müasirləşdirilməsi, bir-biri ilə sıx əlaqə şəraitində fəaliyyət imkanının yaradılması). Layihə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iyulun 18-dən layihə ilə bağlı İtaliyada təlim səfərindədir. Nümayəndə heyətinə nazirlik Aparatının rəhbəri, Tvinninq layihəsinin komponent rəhbəri Rafiq Bayramov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Tvinninq layihə rəhbəri Vasif Eyvazzadə və bir neçə şöbənin əməkdaşları daxildir.

Səfərin ilk günündə Florensiya şəhərinin “Guadagni Strozzi Sacrati” sarayında Toskana Regional Hökumətinin vitse-prezidenti xanım Monika Barnini, Florensiya merinin müavini xanım Kristina Caki, Toskana Muzeylər Şəbəkəsinin direktoru Stefano Kaşu ilə görüş keçirilib. Görüş zamanı ölkələrin əməkdaşlığında son zamanlarda əldə olunan nəticələr, eləcə də bunun bir nümunəsi olan Tvinninq layihəsi müzakirə edilib. Çıxışlarda layihənin Azərbaycanın mədəniyyət sektorunun inkişafında böyük əhəmiyyəti qeyd edilib.

Sonra mədəni irsin idarə edilməsi mövzusunda Toskana Regional Hökumətinin vəzifələrinin və müvafiq qanunvericiliyin (Mədəni irsregional hüquq məcəlləsi) təqdimatı keçirilib.

Görüşdən sonra Florensiya şəhərinin “Vecchio” sarayına ziyarət təşkil olunub. Sarayın “Mus.EFondu tərəfindən idarəetmə üsullarının təqdimatı keçirilib. Saray 2015-ci ildə 600 mindən çox ziyarətçi qəbul edib.

Xatırladaq ki, “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinə 2016-cı ilin fevralında başlanılıb. Bu təlim səfəri layihənin müvafiq fəaliyyət mərhələsini təşkil edir. Səfər iyulun 23-dək FlorensiyaRoma şəhərlərində davam edəcək. 21 iyulda Romada, İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyində İtaliya muzey sisteminin inkişaf tarixi mövzusunda görüş nəzərdə tutulub.

 

Mədəniyyət.-2016.- 20 iyul.- S.4.