“Retro Bakı” layihəsinin
konsertləri davam edir
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Retro Bakı” layihəsi davam edir.
İyulun 16-17-də layihənin növbəti konsertləri olub. İki saat ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya rəqslərinə tamaşa edib, musiqi nömrələrini dinləyiblər.
Bu həftə “Retro Bakı”da şanson mahnıların ifaçısı Ceyhun Bakinski, Ülkər Quliyeva, Nihad Məlik, Ani Musaqi, Tural Atayev, “Nabadi” gürcü folklor ansablı, “Stage Forever” gitaraçalanları, “Meqas”, “Bakı” estrada qrupları, “Səma” rəqs ansamblı maraqlı çıxışlarını təqdim ediblər.
Qeyd edək ki, layihə tədbirləri hər həftəsonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr meydanında müxtəlif konsert proqramları ilə oktyabrın ortalarınadək davam edəcək.
Layihənin məqsədi XX əsrin 60-70-ci illərində
Bakıda musiqidə olan dəbin
canlandırılması və yay
aylarında əhalinin asudə vaxtının səmərəli
keçməsinin təşkil olunmasıdır.
Mədəniyyət.-2016.- 20 iyul.-
S.9.