“Mütaliə həftəsi” layihəsi maraq doğurub

 

Tərtər rayon MKS-nin filiallarında 11-17 iyul tarixində “Mütaliə həftəsi” təşkil edilib. Tədbirdə müxtəlif sahələri əks etdirən nəşrlər nümayiş olunub. Təşkil olunmuş kitabxana xidməti sakinlərdə maraq doğurub. Oxucular, eləcə kitabxanaya yeni üzv yazılanlar mütaliə üçün maraqlı kitablar götürüblər.

* * *

İsmayıllı rayon Mərkəzi kitabxanasının qarşısında qurulan "Sənətkarlıq bazarı"nda “Mütaliə həftəsi” təşkil olunub. Tədbirin keçirilməsində məqsəd rayon əhalisinin kitaba olan marağını daha da artırmaq, mütaliə mədəniyyətini inkişaf etdirməkdir. İsmayıllı rayon MKS-nin fonduna daxil olmuş yeni kitabların nümayiş olunduğu sərgi və açıq havada təşkil edilən kitabxana xidməti oxucular tərəfindən maraqla qarşılanıb.

* * *

Oğuz rayon Mərkəzi kitabxanasında “Mütaliə həftəsi” layihəsi çərçivəsində kitab sərgisi təşkil olunub. Sərgidə son illər Oğuz rayon MKS-nin fonduna daxil olmuş yeni nəşrlər, yerli yazarların kitabları nümayiş etdirilib. Müxtəlif mövzularda stendlər qurulub.

 

* * *

İyulun 18-də Goranboy rayon Mərkəzi kitabxanada “Mütaliə həftəsi” layihəsi çərçivəsində “Gəlin, kitab oxuyaq” adlı aksiya başlanıb. “Mütaliə həftəsi”ndə 400-dən artıq kitab, eləcə qəzet və jurnallar nümayiş etdirilir. Mütaliə masası təşkil olunub. Hər bir vətəndaş maraqlandığı kitabı sifariş verib oxuyaya kitabxanaya abunə ola bilər. Aksiyada şəhər sakinləri nümayiş olunan müxtəlif adda jurnal və qəzetlərlə tanış olublar. Onlarla oxucu kitabxanaya abunə olub. Kitabxananın əməkdaşları oxucuya xidmətin daha maraqlı formalarından istifadə etməyi nəzərdə tutublar.

 

Mədəniyyət.-2016.- 20 iyul.- S.11.