Metro keçidində
“Azərbaycan kinosu” fotosərgisi
“Metro
Gallery” layihəsinin növbəti
təqdimatı milli kinematoqrafa həsr olunub
İyulun 15-də Bakı metrosunun “Gənclik” stansiyasının
yeraltı keçidlərində
“Azərbaycan kinosu” adlı fotosərgi açılıb. 2 avqust
- Azərbaycan Kinosu Günü ərəfəsində
açılan sərgi
“Metro Gallery” layihəsinin növbəti
təqdimatıdır.
“Bakı Metropoliteni”
QSC-nin Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Dövlət
Film Fondunun dəstəyi
ilə təşkil etdiyi sərgi paytaxt sakinlərinə və metrodan istifadə edən qonaqlara milli kinomuzun müxtəlif dövrlərə foto-ekskurs
imkanı yaradır.
“Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi
Paşayev bildirib ki, sərgidə filmlərdən kadrlar və çəkiliş prosesindən
kadrarxası fotolar nümayiş
olunur. Metro keçidlərində
ümumilikdə 92 fotosənəd nümayiş
edilir və bunlardan
57-si filmlərdən çəkilmiş kadrlardır. “Gənclik”
metrosunda “Azərbaycan kinosu”
fotosərgisi 6 ay davam
edəcək.
Mədəniyyət.-2016.- 20 iyul.- S.15.