Lahıcda
ASAN könüllülərinin “Həmrəylik
düşərgəsi” açılıb
Mədəniyyət və Turizm
Nazirliyinin də təşkilati dəstək verdiyi layihə
Azərbaycanın digər kənd və qəsəbələrində
davam etdiriləcək
Prezident İlham Əliyevin 2016-cı ili
“Multikulturalizm ili” elan etməsi münasibətilə
keçirilən silsilə tədbirlərə töhfə
vermək məqsədilə ASAN Könüllüləri Təşkilatı
tərəfindən iyulun 20-də Lahıcda “Həmrəylik
düşərgəsi” layihəsinin rəsmi
açılış mərasimi keçirilib.
Layihə
ASAN Könüllüləri Təşkilatının təşəbbüsü,
Dövlət Sərhəd Xidməti, Mədəniyyət və
Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan
Avtomobil Federasiyası, BMT-nin
Əhali Fondunun təşkilati dəstəyi
ilə həyata keçirilir.
Lahıc
Dövlət Tarix-Mədəniyyət Qoruğu
ərazisində keçirilən mərasimdə əvvəlcə
Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin ifasında dövlət himni səsləndirilib və düşərgə
açıq elan edilib.
Mərasimdə
İsmayıllı Rayon İcra
Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin sədri
İnam Kərimov, Dövlət Sərhəd
Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, “Həmrəylik
düşərgəsi”nə dəstək vermiş
şirkətlərin adından “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev
çıxış ediblər.
Rayon
İcra Hakimiyyətinin
başçısı Mirdamət Sadıqov bu
layihənin həyata keçirilməsi üçün
Lahıcı seçdikləri üçün
rayon sakinləri, xüsusilə
lahıclılar adından təşkilatçılara minnətdarlığını
bildirib.
Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin sədri
İnam Kərimov "Həmrəylik
düşərgəsi"nin ASAN könüllülərinin
növbəti yay məktəbi olduğunu deyib. Qeyd edilib ki,
digər yay məktəblərindən fərqli
olaraq budəfəki düşərgə
daha çox hərbi formatda təşkil olunub.
Düşərgədə infrastruktur
Dövlət Sərhəd Xidməti tərəfindən
yaradılıb. Beş gün
ərzində ASAN könüllüləri Lahıcın tarixi və mədəniyyəti ilə
yaxından tanış olacaqlar. Layihə
Azərbaycanın digər kənd və qəsəbələrində
davam etdiriləcək.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, Azərbaycanda multikulturalizm
ənənələrinin qorunub
saxlanılması, inkişaf etdirilməsi
və geniş təbliğ olunması məqsədilə
Prezident İlham
Əliyevin müvafiq sərəncamı əsasında
2016-cı il Azərbaycan Respublikasında
“Multikulturalizm ili” elan edilib. Sərəncamdan irəli gələrək
respublikamızda bir sıra tədbirlər
keçirilib. İsmayıllı rayonu Lahıc qəsəbəsində ASAN
könüllülərinin “Həmrəylik düşərgəsi”nin
açılması da bu
tədbirlər silsiləsindəndir. Azərbaycanda
ilk dəfə keçirilən bu layihə gənclər arasında milli-mədəni
irsin, multikultural dəyərlərin
qorunması, təbliği və inkişafının dəstəklənməsi,
onların arasında düşərgə mədəniyyətinin
formalaşdırılması, yeni bilik və bacarıqların öyrənilməsində
xüsusi yer tutacaq.
Vaqif
Əliyev qeyd edib ki, “Həmrəylik düşərgəsi”nin
məhz Lahıcda açılması təsadüfi deyil. Lahıc istər multikultural
dəyərlərin, istərsə də zəngin mədəni
irsin, adət-ənənələrin, xalq sənətkarlığının
nümunəsidir.
XVIII-XIX
əsrlərdən Qafqazın ən iri sənətkarlıq
mərkəzlərinin birinə çevrilən Lahıc bu gün də misgərlik,
dəmirçilik, xalçaçılıq, dabbaqlıq, sərraclıq,
papaqçılıq və toxuculuq kimi sənət növlərini yaşadır.
2015-ci ildə Lahıc misgərlik
sənəti UNESCO-nun qeyri-maddi
mədəni irs üzrə reprezentativ siyahısına daxil
edilib.
Dövlət
Sərhəd Xidmətinin rəis müavini,
general-mayor İlham Mehdiyev hərbiləşdirilmiş qaydada keçirilən layihənin məqsədinin
gənclərin hərbiyə marağının
artırılması və onların vətənpərvərlik
ruhunda böyüməsinə şərait
yaratdığını deyib.
Qeyd
edək ki, layihə müddətində
bir-birindən maraqlı tədbirlər, təlimlər və
müxtəlif turlar təşkil olunacaq. Düşərgədə dövlət
rəsmilərinin və Milli Məclisin
deputatlarının iştirakçılarla görüşü
nəzərdə tutulub. Qeyd
edilib ki, Lahıc qəsəbəsi
ərazisində Dövlət Sərhəd Xidməti tərəfindən
"Həmrəylik düşərgəsi" üçün çadırlar və yeməkxanalar
ən yüksək standartlara cavab verən səviyyədə qurulub.
Bir
sıra şirkət və qurumlar sosial məsuliyyət çərçivəsində
düşərgəyə dəstək verirlər.
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 3.