Azərbaycandakı
multikultural zənginlik dünyaya
nümunədir
Beynəlxalq
multikulturalizm yay məktəbinin
iştirakçıları İsmayıllı rayonunun İvanovka kəndində
əhali ilə görüşüblər
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi
(BBMM) və Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun
birgə təşkilatçılığı ilə
keçirilən “Multikulturalizm Azərbaycanda
həyat tərzi kimi: milli
və dini dəyərlər” adlı beynəlxalq
multikulturalizm yay məktəbinin
növbəti görüş yeri İsmayıllı rayonu
olub.
İyulun
21-də əcnəbi tələbələr rayonda
malakanların kompakt yaşadıqları İvanovka kəndində yerli
əhali ilə görüşüblər.
Bildirilib
ki, İvanovka kəndinin
əsası 1847-ci ildə çar hakimiyyəti
dövründə Qafqaza köçürülmüş
ruslar tərəfindən qoyulub.
Son statistikaya əsasən,
kənddə üç min
nəfərdən çox əhali
yaşayır.
İvanovka
Azərbaycanda yeganə kolxoz olan kənddir. Əsası 1930-cu ildə qoyulan kolxozda 1000-ə
yaxın təsərrüfat qeydə alınıb. Təbii qida məhsulları və içkiləri ilə
məşhur İvanovkada istehsal
olunan bir çox məhsullar satış üçün respublikanın bir çox ərazisinə
göndərilir. Kənddə istirahət günləri fəaliyyət
göstərən diskoteka yerli
sakinlərlə yanaşı, rayona gələn
turistləri də cəlb edir.
İvanovka
folklor qrupunun
ifaları III beynəlxalq multikulturalizm məktəbinin
iştirakçıları tərəfindən
alqışlarla qarşılanıb. Tələbələr malakan gəncləri ilə çay
süfrəsi arxasında səmimi söhbət aparıblar.
Günün
ikinci yarısında tələbələrin
və yerli gənclərin iştirakı
ilə İsmayıllıdakı Heydər Əliyev Mərkəzində
“Dünya ölkələrində multikulturalizm modelləri” mövzusunda
dəyirmi masa keçirilib.
Rayon İcra Hakimiyyəti
başçısının müavini Sevil Əhmədova qonaqları rayonda
salamlamaqdan məmnun olduğunu
bildirib və yay məktəbinin
işinə uğurlar arzulayıb.
Prezident
yanında Bilik Fondunun
icraçı direktoru Oktay
Səmədov Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi ilə birgə artıq üçüncü
dəfə təşkil etdikləri beynəlxalq multikulturalizm məktəblərinin əhəmiyyətindən
söz açıb.
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov və ABŞ-dan
gəlmiş araşdırmaçı-jurnalist doktor Peter Teysin
moderatorluğu ilə keçirilən dəyirmi
masada fərqli multikulturalizm
modelləri haqqında tələbələrə
məlumat verilib. ABŞ və Azərbaycan
multikulturalizminin müqayisəli təhlili,
multikulturalizmin Kanada, Avstraliya modelləri, Cənubi Amerikada
multikultural durum haqda verilən məlumatlar tələbələrin
böyük marağına səbəb olub.
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 3.