Əcnəbi
gənclər “Tufandağ” istirahət kompleksi ilə tanış olublar
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi
(BBMM) və Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun
birgə təşkil etdiyi “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III beynəlxalq
multikulturalizm yay məktəbi
iyulun 20-də Qəbələdə işini davam etdirib.
“Qafqaz yeddi gözəl”
hotelində ADA Universitetinin prorektor müavini Anar Vəliyev tələbələrə “Terror multikulturalizmə qarşı” mövzusunda mühazirə oxuyub.
Tələbələr mövzu ilə
bağlı fikirlərini bildiriblər, onların sualları
cavablandırılıb.
Mühazirədən
sonra yay məktəbinin
iştirakçıları üçün
“Tufandağ” yay-qış turizm
istirahət kompleksində kanat gəzintisi
təşkil edilib. Qonaqlar
qəbələli gənclərlə birgə burada
istirahət edib, çay
süfrəsi arxasında səmimi söhbət aparıblar.
Növbəti
“Öz xalqını təqdim et” musiqili
axşamının təqdimatçıları Çexiya, Rusiya,
Türkiyə və Ukraynadan gələn
tələbələr olub.
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 4.