Kanadada keçirilən
festivalda “Azərbaycan
axşamı”
Niaqara şəhər
parkında milli mahnılarımız və
rəqslərimiz nümayiş
olunub
Kanadanın Niaqara şəhərində
keçirilən ənənəvi
musiqi festivalı çərçivəsində “Azərbaycan axşamı”
təşkil olunub.
Bu barədə Azərbaycanın
Kanadadakı səfirliyindən
məlumat verilib.
Tədbir şəhərin mərkəzi
Simko (Simcoe) parkında,
açıq səma altında baş tutub.
“Azərbaycan axşamı”nın açılışında
Niaqara musiqi festivalının icraçı
direktoru Kristofer Bleyk və səfirliyin
birinci katibi Arif Məmmədov çıxış ediblər.
Arif Məmmədov artıq ənənə xarakteri alan
bu tədbirin Azərbaycan mədəniyyətinin
Kanadada təbliği və Kanada-Azərbaycan ikitərəfli mədəni
əlaqələrinin inkişafı
baxımından böyük
əhəmiyyət daşıdığını
vurğulayıb, eləcə
də gələcəkdə
bu əməkdaşlığın
davam edəcəyinə
əmin olduğunu bildirib.
Sonra konsert proqramı təqdim olunub. İki saat davam edən konsert zamanı Kanadanın
Toronto şəhərində fəaliyyət göstərən
“Araz” musiqi və rəqs ansamblının heyəti
şəhərin sakinləri
və çoxsaylı
qonaqlarına Azərbaycan
milli mahnıları və rəqslərini nümayiş etdirib.
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 6.