Muzey işçiləri
üçün regional təlimlər
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz və AMEA Milli Azərbaycan Tarix Muzeyi arasında
imzalanmış memoranduma
əsasən bölgələr
üzrə təlimlər
başlanıb.
İyulun 19-da Tərtərdəki Heydər
Əliyev Mərkəzində
12 rayonun tarix-diyarşünaslıq
muzeylərinin işçiləri
üçün fond və
ekspozisiya işinin təşkili mövzusunda
ilk təlim keçirilib.
Elmi-Metodik Mərkəzin əməkdaşları Pakizə
Almazova və Nurəddin Babayevin apardığı təlimlərdə
Milli Azərbaycan Tarixi Muzeyinin elmi fond işləri üzrə direktor müavini, tarix üzrə fəlsəfə
doktoru Məhfuzə Zeynalova, muzeyin Silahlar və bayraqlar fondunun müdiri, tarix üzrə fəlsəfə
doktoru Sevinc Vahabova məruzələrlə
çıxış ediblər.
Tədbirin əsas hədəfi fond və ekspozisiya işinin səmərəli
və müasir tələblərə uyğun
təşkilidir. Bu istiqamətdə
beynəlxalq təcrübə
və mövcud qanunvericilik haqqında geniş söhbət açılıb. Mövcud problemlər
haqqında iştirakçılar
arasında fikir mübadiləsi aparılıb.
Mövzu
üzrə ixtisaslaşmış
alimlərlə mütəmadi
görüşlərin tarix-diyarşünaslıq
muzeylərinin işinə
müsbət təsir
edəcəyini bildirən
iştirakçılar təlimlərin
davam olunmasının
zəruriliyini qeyd ediblər.
Sonda
muzey işçiləri xüsusi
sertifikatlarla təltif olunub.
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 7.