Şəki beynəlxalq şirniyyat festivalına ev sahibliyi edib

 

Festivallar şəhəri kimi tanınan qədim Şəki iyulun 20-də yenidən öz qapılarını daha bir beynəlxalq tədbir iştirakçılarının üzünə açıb.

Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən III beynəlxalq ənənəvi şirniyyat festivalında respublikamızın 19 şəhər və rayonunun, həmçinin İndoneziya, Fransa, Hindistan, Yunanıstan, Rusiya Federasiyasının Çuvaşiya Respublikası, Özbəkistan, İranUkrayna şirniyyatçıları iştirak ediblər.

XVIII əsrə aid qədim tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaraymehmanxana kompleksinin həyətində festivalın təntənəli açılış mərasimi olub.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalın xalqımızın mənsub olduğu mədəni irsin qorunub saxlanması və təbliği, eyni zamanda, Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasına daha bir töhfə olduğunu bildirib.

Vurğulanıb ki, artıq ənənə halını almış festivalın Şəkidə keçirilməsi təsadüfi deyil. Zəngin tarixi olan Şəki mətbəxi xalqımızın mətbəx mədəniyyətinin formalaşmasına mühüm təsir göstərib. Azərbaycanın ənənəvi şirniyyat sənətinin mərkəzləri arasında Şəki xüsusi yer tutur. Şəki şirniyyatı özünün ləziz dadı və geniş çeşidləri ilə fərqlənir. Şəkinin şirniyyat ustalarının hazırladıqları məhsullar xarici bazarlara da geniş yol açıb, bu şəhərin mətbəx mədəniyyətinin tanıdılmasında mühüm rol oynayıb. Bu gün Şəki özünün ipəyi, eyni zamanda, halvası ilə də tanınır.

Qeyd olunub ki, şirniyyat festivalı təkcə Şəkinin deyil, həmçinin Azərbaycanın zəngin mətbəx mədəniyyətinin tanıdılmasında əhəmiyyətli rol oynayacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yaşar Hüseynli bildirib ki, Şəki ilə “paytaxtsözü artıq doğmalaşıb. 2010-cu ildə Şəki şəhərinin Azərbaycanın sənətkarlıq paytaxtı seçildiyini xatırladan nazirlik rəsmisi Şəkinin 2016-cı il üçünTürk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin önəmini vurğulayıb: “Bu, o deməkdir ki, Şəki şəhəri artıq Azərbaycan miqyasından çıxıb, beynəlxalq səviyyəli paytaxt olub”.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov deyib ki, Şəki artıq Azərbaycanın şirniyyat paytaxtıdır. İndi əsas diqqət Şəkinin dünyanın şirniyyat paytaxtı kimi tanıdılmasına yönəldilməlidir.

Sonra festival iştirakçıları xarici ölkələrdən, həmçinin Azərbaycanın şəhər və rayonlarından gələn qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış olublar.

İştirakçı ölkələrin milli mətbəxinə aid şirniyyat nümunələri, Azərbaycan qənnadıçılarının hazırladıqları unlu qənnadı məhsulları (paxlava, qatlama, fəsəlli), milli şəkərli şirniyyatlar (noğul, halva nümunələri) tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. İştirakçı ölkələrin, eləcə də Azərbaycanı təmsil edən şirniyyat ustalarının öz məhsullarını milli paltarda təqdim etmələri, sərgi yerlərinə bölgələrimizə məxsus olan məişət əşyalarının, xalçaların düzülməsi festival iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

Münsiflər heyətinin qərarına əsasən, Özbəkistan şirniyyatçıları festivalın qalibi adını qazanıb. İkinci yerə İndoneziyaHindistan, üçüncü yerə isə İran şirniyyatçıları layiq görülüblər.

Ən yaxşı qənnadı məmulatları nominasiyası üzrə birinci yeri Ukrayna qənnadıçıları tutub. Yunanıstan və Rusiya Federasiyası Çuvaşiya Respublikasının qənnadıçıları sonrakı yerlərə layiq görülüblər.

Azərbaycanın şəhər və rayonları üzrə Tovuz şirniyyatçıları festivalın qalibi olub. İkinci yerə ZaqatalaAğsu, üçüncü yerə isə Şamaxı, Kürdəmir və Yevlax şirniyyatçıları layiq görülüblər.

Ən yaxşı qənnadı məmulatı nominasiyası üzrə Gəncə qənnadıçıları qalib gəliblər. Oğuz, UcarNaftalan qənnadıçıları ikinci, İsmayıllı, Qəbələ, AğdaşQazax qənnadıçıları isə üçüncü yeri tutublar.

Festivala ən çox şirniyyat gətirən şəhər və rayonlar arasında Zaqatala, Göyçay, Bakı şəhəri, QaxAbşeron rayonları fərqləniblər.

Tədbirin yekunlarına görə, Şəki şəhəri Mədəniyyət və Turizm Nazirliyinin kubokuna layiq görülüb.

Festivalda Şəkinin və Bakıdan gəlmiş musiqi, rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 8.