Ölkəmizin
turizm potensialının
Çin bazarında təbliği
Xaricə səyahət üzrə dünya birincisi olan ölkənin ən böyük portalında Azərbaycanla bağlı
elektron təbliğat
kampaniyası aparılır
Mədəniyyət və Turizm Nazirliyi Asiya regionunda Azərbaycan turizminin təbliğatı
istiqamətində genişmiqyaslı
layihə həyata keçirməkdədir. Bu regionun
əsas bazarlarından
biri olan Çin Xalq Respublikasında bu işin aparılması mühüm əhəmiyyət
kəsb edir.
Qeyd edək ki, Çin
dünya turizm bazarında xarici ölkələrə səyahət
edən turistlərin sayına görə ilk pillələrdə qərarlaşmaqla
ən dinamik artan bazarlardandır. Hazırda “Azərbaycan Hava Yolları” və “Çin Cənub Hava Yolları” Bakıdan Pekin, Urumçi və Quançou şəhərlərinə
mütəmadi uçuşlar
təşkil edir.
Nazirliyin CNN telekanalı ilə əməkdaşlığı çərçivəsində Çinin “CTV Golden Bridge” media agentliyi
tərəfindən Azərbaycanın
turizm potensialının
Çində elektron təbliği aparılmaqdadır. Çinin səyahət məlumatları
üzrə aparıcı
www.lotour.com portalında 6 ay müddətində ölkəmizin
müxtəlif üsullarla
təbliği həyata
keçiriləcək. 2005-ci ildən etibarən
fəaliyyət göstərən
və 30 milyon istifadəçisi olan
www.lotour.com informasiya portalı
60 min səyahət məkanını
təbliğ edir.
Layihə
çərçivəsində təbliğat işlərinin
bir neçə mərhələdə həyata
keçirilməsi nəzərdə tutulub.
Bunların sırasında elektron banner kampaniyasının aparılması,
ölkəmizə həsr olunan xüsusi səhifənin yaradılması (),
mütəmadi olaraq məqalələrin
yerləşdirilməsi və sosial mediada təbliğat işlərinin
aparılması daxildir.
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 9.