Milli mətbuatımızın
bayramı
Əsası
1875-ci il iyulun 22-də
görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən
qoyulan, zəngin tarixi
ənənələrə malik Azərbaycan
milli mətbuatının 141 ili tamam olur.
Bu
münasibətlə Zərdab rayon Mərkəzi
kitabxanasının Oxuculara xidmət
şöbəsi Həsən bəy Zərdabinin ev-muzeyində
tədbir keçirib.
İştirakçılar
əvvəlcə muzeylə tanış olublar.
Muzeyin əməkdaşı Leyla Əliyeva Zərdabinin həyat və fəaliyyəti
haqqında geniş məlumat verib.
Muzeyin
direktoru Vəfa Bayramova
tədbir iştirakçılarını bayram
münasibətilə təbrik edib, Azərbaycan
milli mətbuatının
formalaşmasından geniş bəhs edib. Zərdab rayon
MKS-nin direktoru Nailə
Əliyeva, Oxuculara xidmət şöbəsinin
müdiri Mehparə Səfərəliyeva,
36 saylı şəhər kitabxana
filialının müdiri Xanım
Abışova və başqaları azad sözün və azad fikrin keçdiyi tarixi inkişaf yolu və bugünkü vəziyyəti
barədə danışıb, jurnalistika
sahəsində əldə olunan uğurlardan söz
açıblar.
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 10.