“Rəngarəng Gürcüstan

 

Tbilisidə açılan sərgidə Azərbaycan mədəniyyəti nümunələri nümayiş olunur

 

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Rəngarəng Gürcüstan” adlı sərgi açılıb.

Sərgidə Gürcüstan İncəsənət Sarayının afişa fondunda saxlanılan Gürcüstan, Azərbaycan, Rusiya, İsrail və digər ölkələrin mədəniyyətini birləşdirən 40 opera, teatr, rəqs və kino afişası nümayiş etdirilir.

Tədbirdə “Rəngarəng Gürcüstan” adlı kataloqun təqdimatı keçirilib. Kataloqda İncəsənət Sarayında mühafizə olunan unikal afişa kolleksiyasından nümunələr toplanıb. Bu nümunələrin arasında XIX əsr Azərbaycan kino, teatr, konsert və rəqs afişaları da yer alıb.

Açılışda çıxış edən muzeyin direktoru Leyla Əliyeva deyib ki, sərginin əsas məqsədi mədəniyyət nümunələrini təbliğ etdirməklə yanaşı, gələcək nəsillərə çatdırmaqdır. Bu, birinci sərgidir və burada 1900-cü ildən 2015-ci ilədək çəkilmiş kinoların, rəqs və konsertlərin afişaları nümayiş etdirilir. Yaxın vaxtlarda açılacaq ikinci sərgidə sırf teatr afişalarının nümayişi nəzərdə tutulub.

Gürcüstan İncəsənət Sarayının direktoru Georgi Qalandiya bildirib ki, Gürcüstan Dövlət Teatr, Musiqi, KinoXoreoqrafiya Muzeyində 57 min teatr, kino, xoreoqrafiksiyasi afişa mühafizə olunur. Onlardan 2 mindən çoxu Azərbaycana aiddir. Həmin kolleksiyada müxtəlif dillərdə yaradılmış kino afişalar xüsusilə seçilirlər. Afişaların ən köhnə nümunələri 1900-cü ilə aiddir.

M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi, İncəsənətə Dəstək MuzeyiGürcüstan Dövlət Teatr, KinoXoreoqrafiya Muzeyinin birgə təşkil etdikləri sərgi bir həftə davam edəcək.

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 11.