Türk ədəbiyyatının böyük nəsr ustası
XIX-XX
əsr türk ədəbiyyatının
görkəmli nümayəndəsi, Türkiyədə roman janrının qurucuları
sırasında adı hörmətlə yad
edilən yazıçılardan biri də
Xalid Ziya
Uşaklıgil olub. O, “Sərvəti-fünun”
ədəbi cərəyanın böyük
nəsr ustası kimi tanınıb. Erkən
çağlardan fransız dilini, daha sonra
ingilis, alman, ərəb
və fars dillərini öyrənib.
Fransız ədəbiyyatının təsiri altında yazmağa başlayıb. Eyni
zamanda milli ədəbiyyat
və milli düşüncədən uzaq düşməyib.
Xalid
Hacı Halil oğlu Ziya 30 iyul 1866-cı ildə
İstanbulda zəngin bir
ailədə dünyaya göz
açır. Atası onu hərbi təmayüllü
məktəbə (Rüştiyə) qoyur.
Bir müddət sonra
İzmirə köçürlər. Burada
təhsilini özəl məktəbdə fransız bölməsində
davam etdirir. 1884-cü
ildə orta təhsilini başa
vurur və atasının ticarət
şirkətində fəaliyyətə başlayır. Sonra İzmirdə ədəbiyyat müəllim
kimi işləməyə başlayır.
Müəllimliklə bərabər mətbuatda tez-tez çıxışlar edir,
ədəbi yaradıcılığa meyil
edir.
Xalid
Ziya əsl-kökcə Uşaklıq qəsəbəsindən
olub. Buna görə də
özünə Uşaqlıgil təxəllüsünü götürüb. Ədəbiyyat aləmində
Xalid Ziya
Uşaklıgil kimi tanınıb.
O,
əsərlərində təsvir etdiyi
hadisələri gerçək həyatdan götürür.
Ən böyük əsəri 1896-cı
ildə yazdığı “Aşkı-məmnu” (“Gizli eşq”)
romanıdır.
Əsər
böyük maraq doğurur, ədəbi tənqidin diqqət mərkəzində
olur. Təsadüfi deyil ki, sonralar
roman əsasında iki
televiziya filmi (serial) çəkilib. “Aşkı-məmnu”
romanının ən
qüvvətli tərəfi
onun təsvir etdiyi qəhrəmanlardır.
Əsərdə diqqətçəkən obrazlardan biri Bəhlul obrazıdır.
O, eşq macəraları
ilə yaşayan bir gəncdir.
Yüz il
əvvəl yazılan
romanın qəhrəmanları
bu gün də müasirdirlər.
“Mai və siyah” romanında da müəllif qəhrəmanları
yaşadıqları mühitə
uyğun olaraq təqdim edir. Romanlarında yalnız İstanbuldan
bəhs edən yazıçı hekayələrində
Anadolu və kənd həyatına, qəsəbələrdəki yaşayışa
daha çox yer ayıraraq İstanbul xaricinə çıxır.
Xalid Ziya Uşaqlıgilin
sonrakı ədəbi
yaradıcılığında “Nemide”, “Bir ölünün
dəftəri”, “Ferdi ve Şürekası”, “Mai
ve siyah”, “Qırıq həyatlar” və s. romanlar, “Bir yayın tarixi”, “Solğun demet”, “Bir hikaye-i
sevda” və s. hekayələr qələmə
alır. Bu bir-birindən
maraqlı əsərlər
yazıçıya uğur
gətirir. Şöhrəti ölkə hüdudlarını
aşır.
Xalid Ziya Uşaqlıgil 27 mart
1945-ci ildə, 79 yaşında
İstanbulda vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 11.